Гульнар Гасанзаде,Врач высшей категории
Детский невролог
Врач высшей категории
10 лет опыта работы
Врач высшей категории
10 лет опыта работы
Febril qıcolmalar Mərkəzi sinir sisteminin infeksiyası olmadan digər qızdırmalı xəstəliklərdə ortaya çıxan tutmalardır.Uşaqlarda ən çox rast gəlinən qıcolmalardandır.
Yuxarı tənəffüs yollarının,orta qulagın iltihabı,Roseola(Məxmərək) infension xəstəliyi zamanı və s. xəstəliklərdə.
Uşaqlarda 9 ay- 5 yaş arası görülə bilər.Daha çox isə 14-18 ay arası ortaya çıxır.
Sadə və mürəkkəb növü var.Sadə növ temperatur 38 dərəcəni kecdiyi zaman meydana çıxır,özündən sonra nevroloji defisit qoymur,tutmanın davametmə müddəti bir neçə saniyədən 10 dəqiqəyə qədər davam edir.
Mürəkkəb tip tutmalar daha çox 9 aydan kiçik 5 yaşdan böyük uşaqlarda ortaya çıxır,özündən sonra nevroloji defisit qoyur,tutmanın davam etmə müddəti 15 dəqiqədən çox olur.
Diaqnostikası Elektroensefaloqrafiya və klinikaya əsasan qoyulur.
Febril qıcolmaların müalicəsi var.Son zamanlar sadə tutmalarda intermintant müalicə tədbiq olunur.Yəni qizdirmalı xəstəlik fonunda antikonvulsant təyin olunur.Sagalma baş verdikdən sonra dərman istifadəsi kəsilir.
Lakin mürəkkəb tutmalarda epilepsiya əmələ gəlmə riski 5-20% oldugu üçün arakəsilmədən dərman terapiyası verilir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az