Гульнар Гасанзаде,Врач высшей категории

Детский невролог

Врач высшей категории

10 лет опыта работы

Баку
Enkoprez
 hekimtap.az

Enkoprez

Автор: Nevroloq
4658

Опубликовано: 11.04.2018
Гульнар Гасанзаде

Organik səbədən olmayan ,uşağın 3-4 yaşından etibarən defekasiya aktını kontrol edə bilməyərək altını kirlətməsinə encopresis deyilir. Enurezlə müqayisədə daha az rast gəlinən bu pozuntu, əsasən düzgün olmayan tualet tərbiyəsi, ailə daxili konfliktlər, ananın həddən artıq təmizkar olması kimi səbəblərdən qaynaqlanır.

Nümunə olaraq, 9 yaşında olan bir qız uşağı, yağışlı havada məktəbə getməkdən imtina edər, yolların yağışdan çirkləndiyini sübut olaraq göstərər. Bu səhv düşüncənin səbəbini araşdırdığımızda, az yaşda olan zaman anası tərəfindən qazandığı qorxunu görə bilirik. Az yaşlı uşaq adət halı üçün anasının təmiz saxladığı yerlərdən birini seçər və həmin yeri kirlədir. Nəticə olaraq ana bu hərəkətə aqressiv reaksiya göstərir və uşağı etdiyi hərəkətdən dolayı cəzalandırır və bu hərəkət təkrarlanmasın deyə qorxu aşılayır. Əlbəttə ki, ananın bu davranışından təsirlənən uşaq sonralar daha doğru üsuldan istifadə edir, lakin ana tərəfindən alınan duyğusal yara uşaqda fiksasiya olaraq qalır.

Altına qaçırma uşağı utandıran, qürurnu zədələyən, sosial yaşamını, dostları və ailə münasibətlərini pozan bir səbəb olduğundan bu problemin həll olunması böyük önəm daşıyır. Uşaq hər hansı səbəbdən altını kirlətməyə başlamışsa bunun sonradan alışqanlıq halına gəlməsi mümkündür. Bu vəziyyətə sərt reaksiya vermək problemin daha da artmasına səbəb olur.

Müalicəsində tibbi, psixoanaliz və davranış terapiyasından istifadə olunur. Birbaşa və ya dolayı yolla müalicə aparılır. Birbaşa müalicədə oyun terapiyası, psixoterapiya və ya qrup terapiyasından istifadə olunur. Dolayı yolla aparılan müalicə isə ailə terapiyası, məktəbdə və ya baxçada müəllimlərlə görüşmə.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Гульнар Гасанзаде,Врач высшей категории

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса