Абдулла Шихлинский hekimtap.az

Абдулла Шихлинский,Bрач первой категории

Психиатр

Bрач первой категории

35 лет опыта работы

Баку
Şəxsiyyət pozğunluqları hekimtap.az

Şəxsiyyət pozğunluqları

Автор: Psixiatr Abdulla Şıxlinski
7674

Опубликовано: 14.08.2019
Абдулла Шихлинский

Şəxsiyyət pozğunluqları  xəstəlik olaraq psixopatiya, yəni xarakter xəstəliyi adlanır. Psixopatiyalar sərhəd pozğunluqlarına aid olan, psixoz səviyyəsinə çatmayan psixi pozğunluqdur. Şəxsiyyətlərarası münasibətlərin gərginləşməsi ,xoşagəlməz  subyrktiv duyğular nəticəsində insan özünün və ətrafdakıların həyatını ağırlaşdırır və adaptasiya pozğunluğu nəticəsində social həyat mümkünsüz olur.

Şəxsiyyət pozğunluqları səbəbləri:

İnsan psixopatiya ilə doğulur: genafond, perenotal dövrdə alınan kəllə-beyin travmaları, valideynlərin narkotizasiya və alkoqalizasiyası bu xəstəlikdə mühüm səbəblərdir. lakin sonradan psixopatiyanın inkişafı üçün şərait tələb olunur: pedaqoji baxımsızlıq, qeyri-düzgün tərbiyə, cəmiyyətdə social ədalət prinsiplərinin pozulması, ictimai, social, iqtisadi katoklizmalar, adi həyat şəraitinə uyğun olmayan və qəfildən meydana çıxaraq şəxsiyyətin imkanları ilə uzlaşmayan social iqtisadi çətinliklər psixopatiyanın inkişafı üçün ən əlverişli amillərdir.

Şəxsiyyət pozğunluqları növləri və əlamətləri:

1.Şəxsiyyətin şizoid tipli pozulması ( şizoid psixopatiya ): qapalılıq və adama yovuşmazlıq. Bu psixopatlar ətrafdakıların, yaxın adamları emosional vəziyyətini başa düşmürlər. Ünsiyyətdə soyuqdurlar, tərif və tənqidlərə reaksiyaları çox zəifdir. Lakin onların daxili aləmi çox zəngin olur. Özləri dərin və güclü emosional hallar yaşayırlar.Belə psixopatlar elə sənət seçirlər ki, adamlarla ünsiyyət minimal dərəcədə olsun.Filisoflar, nəzəri fizika ilə məşğul olan alimlər, qədim dünya tarixçiləri , şairlər, yazışılar, rəssamlar, bəstəkarlar bu qəbuldən olan insanlardır.

2.İsterik psixopatiya: Həmişə diqqət mərkəzində olmağa çalışırlar.Ətrafdakıları heyrətləndirmək və özlərinə cəlb etmək istəyi hüdudsuzdur. Davranış teatral olur.Dramatik jestlər, emosiyaların güclü ifadə olunması, qeyri-adi geyim, qadınlarda ətrafdakıları özünə vurğunluğa təhrik etmək. Onlar yalançıdırlar, söylədikləri fikirlər saxtadır, həvəsləri səthidir, münasibətdə etibarlı deyillər. Onları diqqətsiz qoyduqda müxtəlif somatic, nevroloji, psixi, akademik Pavlovun təbirincə desək, şərti xoşagələn və arzuolunan xəstəliklər uydurulur.

3.Paranoyal psixopatiya : ümumi şübhəlilik, ətrafdakılara görə özünün daha yüksək mövqedə olmasına inam. Xəstəliyin şübhəliliyi həyatın bütün sferalarına yayılır. Onlar faktları eybəcərləşdirirlər. Sakit, neytral və dostluq münasibətləri onlara düşmənçilik kimi görünür.Məsələn, tələbə əmindir ki, tədris müəssisəsinin bütün müəllimləri onun əleyhinə birləşib onun qovulmasına nail olurlar.Özündən razılıq, şübhəlilik bu adamları konfliktə aparıb çıxarır. Şübhəlilik sonradan təqib sayıqlamalarına keçir.

4.Antisosial psixopatiya: Bu psixopatlar, əsasən, kriminal aləmdə və narkomanlar arasında daha çox olur: qəddarlıq, kobudluq, ətrafdakılara laqeydlik, dostluğa və məhəbbətə qadir olmamaq, aqressiv partlayışlara meyllilik, özünü günahlandırma hissinin olmaması, xuliqanlığa meyllilik, social-ictimai normalara hörmətsizlik, narkotizasiya və alkoqalizasiya. Belə adamlar etik qaydalara piayət etmir, qonşuları,yaxın adamları ilə salamlaşmır, öz yaxınlarının dərdinə şərik olmur, ancaq öz mənafelərini güdür-lər. Onlar daima narahatdırlar, yalnız spirtli içkilərin təsiri altında əhvali-ruhiyyə yaxşılaşır.

5.Emosional, qeyri-sabit psixopatiya: fizioloji və patoloji affektlərə meyllilik, özünü zədələmə həvəsi. Belə adamlar çətinliyə düşdükdə başlarını divara vurur, venalarını kəsir, lakin onlara qarşı qətiyyətli tədbir görüldükdə dərhal ağlamağa başlayır və bağışlanmalarını xahiş edirlər.Ətfardakıların zəifliyini gördükdə aqressiv olurlar, heç bir səbəb olmadan  özünəqəsd və ətrafdakıların həyatına qəsd törədirlər.

6.Psixoasteniya psixopatiya: qətiyyətsizlik, görülən işlərin düzgünlüyünə inamsızlıq.Belə adamlar gördükləri işin nəticəsini dəfələrlə yoxlayırlar, görülən işin düzgünlüyü haqqında inam isə heç vaxt yaranmır.

7.Həyəcanlı şəxsiyyət pozğunluğu: daimi daxili həyəcan, bütün pis işlərdə yalnız özlərini günahlandırmaq.

8.Asılı şəxsiyyət pozğunluğu : özünü kiçiltmə ideyaları, daima tək qalacaqlarından və kimlərinsə onları atacaqlarından qorxurlar.

Psixopatiyalar çətin həyat şəraitində dekompensasiya vəziyyətinə gətirib çıxarır və xəstələrin

psixatik vəziyyətdə ya psixiatrik stasionarlara, ya da hüquq-mühafizə orqanlarına düşmələrinə səbəb olur. Psixopatlar başqa xəstələrdən fərqli olaraq daha tez-tez məhkəmə-psixiatrik ekspertizasına cəlb olunurlar.Yaxşı şəraitdə, iqtisadi və social sabitlik şəraitində psixopatların vəziyyəti yaxşılaşır.

 Şəxsiyyət pozğunluqları müalicə və profilaktikası:

Psixofarmakoloji və tibbi-pedaqoji tədbirlərdən ibarətdir.Psixopatiyanın yaranmasının qarşısını almaq üçün perinotal patologiya ilə mübarizə, pedaqoji korreksion tədbirlərin uşaq yaşlarından aparılması, ictimai-sosial stabilliyin təmin olunması lazımdır.

 


Абдулла Шихлинский,Bрач первой категории

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса