Эльфана  Сулейманова hekimtap.az

Эльфана Сулейманова

Терапевт, Oстеопат

12 лет опыта работы

Баку
Gicgah - çənə oynağı disfunksiyası hekimtap.az

Gicgah - çənə oynağı disfunksiyası

Автор: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
8661

Опубликовано: 15.06.2020
Эльфана Сулейманова

Gicgah çənə oynağı disfunkisyası  son zamanlarda geniş yayılmış patologiyadır. Yemək yeyərkən ağızda şıqqıltı səsi, hərəkət məhdudluğu, üzdə asimmetriya, dişləmin (prikusun ) düz olmaması, miqren , müalicəyə tabe olmayan boyun ağrıları gicgah çənə oynağı disfunksiyasının olmasının əsas  simptomlarıdır. Beldə ağrılar, qamətin pozulması, dözülməz baş ağrıları, kürəkdə ağrılarla müraciət edən pasientlər bəzən problemin gicgah-çənə oynağında olmasından məlumatsızdırlar. 


Gicgah-çənə oynağı disfunksiyasının yaranma səbəbləri

Gicgah-çənə oynağı disfunksiyasının səbəbləri aşağıdakılardır.

Ortodontik - dişlərin hər hansı birinin olmaması, plomblanma zamanı edilən səhvlər, dişləmin düzgün olmaması, breketlərdən istifadə  zamanı yaranan səbəblərdir.

Travmatik - gicgah-çənə oynağının travmaları, whiplash sindrom, bədənin digər nahiyələrinin travması.

Dayaq hərəkət sistem xəstəlikləri - aşağı ətraf uzunluğunda fərqlər, çanağın rotasiyası, bud-çanaq oynağı displaziyası, skolioz, kəllə və ya üz sümüklərinin deformasiyaları, yastıayaqlıq və s.   


Gicgah-çənə oynağı disfunksiyası simptomları

  • Sakitlik zamanı və ya ağzı açarkən bir və ya  hər iki gicgah-çənə oynağında ağrının olması. 
  • Ağzı açarkən oynaqda krepitasiya, şıqqıltı səsinin yaranması. 
  • Anamnezdə gicgah-çənə oynağı travmalarının olması (çıxıq, yarım-çıxıq, xroniki çıxıqların olması) .
  • Gicgah-çənə oynağı hərəkətində məhdudluq, ağzı tam aça bilməmək. 
  • Çeynəmə əzələlərində tonus, bruksizm. 
  • Asimmetriya ( üzdə, çənəaltı nahiyədə), ağzı açarkən etapla açılması.  

Daimi və müalicəyə tabe olmayan baş və ya boyun ağrıları, miqren. 


Gicgah çənə oynağı disfunksiyasının diaqnostikası

  1. Anamnezin toplanması əvvəllər keçirilmiş stomatoloji proseduralar, keçirilmiş travmalar, cərrahi əməliyyatlar haqqında məlumat almaq.
  2. Gicgah-çənə oynağı disfunksiyasının obyektiv müayinəsi ağzı açarkən oynaqlarda asimmetriyanın hiss olunması, oynaq başının bir tərəfli və ya ikitərəfli kapsuldan çıxması.
  3. Rentgenoqrafiya, ortopanorama, KT komputer tomoqrafiya və ya MRT maqnit rezonans tomoqrafiya ilə instrumental müayinə
  4. Ümumi bədən posturologiyasının araşdırılması, kəllə sümüklərinin müayinəsi və s. 
     

Gicgah-çənə oynağı disfunksiyası müalicə üsulları

Həkim pasientin patologiyasının səbəbini təyin etdikdən sonra pasient üçün kompleks müalicə üsulları təyin edir. Bu müalicə üsullarının kompleksliyi oynağın ortodont tərəfindən müalicəsi: xüsusi ortez və ya  breketlərdən istifadə.

Osteopatik və posturaloji müalicə ümumi bədən biomexaikasının balanslaşdırılması, qamətin bərpası, gicgah-çənə oynağıətrafı əzələ və bağların bərpası, oynaq kapsulunun balanslaşdırılmasından ibarətdir. Boyun fəqərələri atlasın blokadasının aradan qaldırılması, bel əzələlərinin gücləndirilməsi, gicgah və çeynəmə əzələlərinin spazmının aradan qaldırılması gicgah-çənə oynağı disfunksiyasının müalicəsində ən vacib aspektlərdir. 
 

Gicgah-çənə oynağı disfunksiyasını müalicə etməsək fəsadları nədir ?

Gicgah çənə oynağı disfunksiyasını müalicə etməsək, orqanizmin kompensator imkanları tükənib, simptomlar daha da ağırlaşa bilir, patologiya proqressivləşib gicgah-çənə oynağında böyük diskomfort yarada bilər.Gicgah çənə oynağının artrozu və hətta ankilozlaşmasına səbəb ola bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Эльфана Сулейманова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса