Miqrenin müasir müalcəsi

Miqrenin müasir müalcəsi

3658
Müəllif: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56

Paylaşıldı: 07.06.2020
Elfanə Süleymanova

Miqren- gicgah, alın və göz nahiyəsinə irradiasiya edən, davamlı olaraq təkrarlanan və heç bir müalicəyə tabe olmayan tutmaşəkilli baş ağrılarıdır. Miqren tutmaları bir neçə saat davam edə bilir və tutma önü  auralarla (müxtəlif hisslərlə)  başlayır. Uzun illərdən bəlli olan miqrendən  hal-hazırda dünya əhalisinin  beşdə biri əziyyət çəkir..

Miqrenin  yaranma səbəbi nədir?

Tədqiqatlara əsasən 20-45 yaş arası qadınlar miqrendən daha çox əziyyət çəkirlər. Miqren çox hallarda ana xətti ilə ötürülür. Bəzi tədqiqatlara görə miqren zamanı epigenetikanın dəyişilməsi  ilə genlərdə bəzi zülal sintezinin pozulması gedir və nəticədə toxumalarda xroniki iltihab və müxtəlif iltihabönü faktorlar baş ağrlarının yaranmasına  səbəb olur. Miqrenin yaranma səbəbi olan beyin qan dövranı pozulmaları  tam dəqiqliklə elmə məlum deyil. Məlimdur ki, miqren zamanı yaranan ağrılar baş beyinlə əlaqəli deyil, beləki baş beyin ağrı reseptorlarından məhrumdur. Miqren zamanı ağrı beynin sərt qişasının ( dura mater) qıcıqlanması ilə əlaqəlidir.  Hər baş ağrısı da miqren deyildir . Oxşar simptomlar travmalarda, qlaukomada, insult, beyin şişləri və digər xəstəliklərdə də yarana bilər. Dəqiq diaqnostika üçün ətraflı müayinə mütləqdir. 

Müasir tibbdə  müalicə miqren zamanı yaranan  ağrını kütləşdirən preparatların qəbulu və ya ağrı tutmalarının profilaktikasına yönəlir.Həkim baş ağrılarının səbəbini araşdırarkən pasiyentin həyat tərzini,  ailə anamnezini, pis vərdişlərini, yanaşı xəstəlikərini və ümumiyyətlə baş ağrısına səbəb ola biləcək bütün faktorları araşdırır: 

  • Stress-miqrenin əsas səbəbi stress və sinir gərginliyidir
  • Qidalanma: hisə verimiş qidalar, heyvan mənşəli zülallarla və yağlarla zəngin qidalar, kofe, şokolad və şirniyyat qəbulu, asan həzm olunan  karbohidratlarla zəngin qidalanma, qidalanma rejiminin davamlı olaraq pozulması və ümumiyyətlə  rejimin olmaması
  • Alkohol: alkohol qəbulu orqanizmə ümumilikdə mənfi təsir edir. Miqren tutmalarında isə spirtli içki qəbulu qətiyyən olmaz.   
  • Siqaret: beyin qan damarlarına mənfi təsir göstərir.
  • İqlim dəyişkənliyi
  • Hormonal kontraseptivlərin qəbulu,hormonal sferanın pozulması. 
  • Yuxu pozulması
  • Çox parıltılı və y səyirici  işıq
  • Müxtəlif kəskin qoxular  miqren tutmalarına səbəb ola bilir.

Miqrenin növləri:

Miqrendən öncə auranın olması və ya olmaması ilə fərqlənən iki növü vardır. Miqren aurası zamanı baş ağrıları ilə yanaşı : gözlərdə bulanıqlıq, görmə, taktil və ya digər hallusinasiyalarla, diqqətin azalması, dağınıqlıq və ya ürəkbulanma, qusma ilə müaşiyət olunur. Aurasız miqren tutması isə işığa və səsə  kəskin başlayan dözülməz baş ağrılarıdır  

 Miqrenin müalicəsi

Miqrendən əziyyət çəkən qadınlar kişilərə nisbətən 3 dəfə çoxdur.  Miqrenin müalicəsi ağrının azaldılmasına yönəlmiş olur  və əsasən : antidepressant və ağrıkəsicilərdən ibarət olur. Bəzən isə pasiyent həkimə müraciət edərkən müayinə zamanı heç bir patologiya aşkar edilmir, lakin pasient xroniki baş ağrılarından əziyyət çəkir. Uzunmüddət ağrıkəsicilərdən istifadə isə asılılıq və yanaşı həzm sistemi problemlərinə səbəb ola bilir.   

Miqrenin osteopatiya ilə müalicəsi 

  • Pasientlərin osteopat həkim tərəfindən müayinəsi zamanı çox zaman miqrenin səbəbinin doğuş travması ilə əlaqəli olduğu təyin olunur. Doğuş travmalarının uşaqlıqdan orqanizmdə  saxladığı izlər bütün ömür boyu öz əks təsirini göstərə bilir. Bunu aradan qaldırmaq üçün kraniosakral terapiya üsulları effektivdir.  Kraniosakral terapiya zamanı osteopat həkim çox zərərsiz texnikalarla problemli boyun fəqərələri, kəllə sümüklərində əvvəl olan hər hansı bir travmanı, gicgah çənə oynağında olan disfunksiyanı aşkar edərək onların müalicəsini təmin edir.   Övladlarınızda gələcəkdə miqrenəbənzər halların qarşısını almaq üçün isə ən yaxşı  profilaktika uşaq yaşlardan osteopat qəbulunda olmaqdır.
  • Səbəb boyun nahiyəsi ilə əlaqəlidirsə, osteopat həkim beyin qan dövranının durğunluğuna səbəb olan atlas-ənsə oynağı blokadasını aradan qaldıracaqdır. Birinci boyun fəqərəsi-atlasın blokadası yerli osteoartritə, arteriyaların spazmına və baş ağrılarına səbəb ola bilir. Osteopat həkimin unikal yanaşması qan axınını, damarların vəziyyətini normallaşdırır bu isə miqrendən xilas olmağa imkan yaradır. 
  • Osteopatiya digər xəstəliklərdə olduğu kimi miqrenin də müalicəsinə kompleks yanaşır. Kranial osteopatik texnikalarla siz başgicəllənmədən, baş ağrılarından, vegetativ distoniyadan, yuxusuzluqdan,diqqət yayınıqlığından, arterial  hipertoniyadan, qulaqda küydən azad olacaqsınız. 
  • Osteopatiya bütün orqanizmdə düzgün mübadilə proseslərini aktivləşdirir, probelmli zonalarda qan axınının normallaşdıraraq pasientin şikayətlərdən azad olmasını təmin edir və həyat keyfiyyətini yaxşılaşdırır. Osteopatik proseduralar sayəsində pasientlər miqren ağrılarından tam xilas olurlar.                         

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az