44 elmi işin, o cümlədən 3 Rusiya Federasiyasının patentinin, 1 həkimlər üçün vəzsaitin müəllifidir.
1987-1988-ci illərdə Bakı şəhəri 4 saylı klinik xəstəxananın cərrahiyyə şöbəsində internatura keçib.
1991-ci ildə Azərbaycan Tibb Universitetinin Otorinolorinqologiya üzrə əyani aspiranturasına daxil olmuş və 1994-cü ildə oranı bitirib.
2001-ci ildə «Uşaqlarda burun arakəsməsinin deformasıyası zamanı korreksiyaedici əməliyyatın tətbiqi» mövzusunda Namizədlik dissertasiyasını müdafiə edib.
1989-1990-cı illərdə Lənkəran hərbi hospitalın cərrahi şöbəsində həkim-otorinolorinqoloq kimi fəaliyyət göstərib.
1990-1991-ci illərdə Respublika Daxili İşlər Nazirliyinin Hospitalının cərrahiyyə şöbəsində həkim-otorinolorinqoloq kimi çalışıb.
1994-cü ildən bu vaxta qədər Azərbaycan Tibb Universitetinin otorinolorinqologiya kafedrasının assistenti olaraq işləyir.