Рамин  Рзаев hekimtap.az

Рамин Рзаев,PhD

Ортопед-травматолог

Кандидат медицинских наук

Баку

Образование

Tibb elmləri namizədi travmatoloq-ortoped Ramin Rzayev 1996-cı ildə Azərbaycan Dovlət Tibb Universitetinin “müalicə profilaktikası” fakültəsinə daxil olmuşdur. 2001-ci ildən etibarən təhsilini  Rusiya Federasiyası akademik İ.P. Pavlov adina Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etdirərək həmin universiteti 2003-cü ildə fərqlənmə ilə bitirmişdir.

2003-2004-cü illərdə Sankt-Peterburq Diplomdan sonrakı Təhsil üzrə Tibb Akademiyasının prof. İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat institutu nəzdində olan  “zədələnmələrin cərrahiyyəsi - politravma” kafedrasında  ümumi cərrahiyyə üzrə internaturanı bitirib.

2004-2006-cı illərdə Sankt-Peterburq Diplomdan sonrakı Təhsil üzrə Tibb Akademiyasının Rusiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat  institutu nəzdində olan “travmatologiya-ortopediya” kafedrasında təhsilini davam etdirərək travmatoloq-ortoped cərrah ixtisasına yiyələnib.

2004-2010-cü illərdə praktik faliyyətini ixtisasına uyğun Rusiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat və prof. İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat institutlarnda travmatoloq-ortoped vəzifəzində davam etdirib. Adı çəkilən elmi tədqiqat institutlarnda praktik fəaliyyəti ilə yanaşı elmi işinə 2005-cı ildə başlayıb. Dayaq-hərəkət sisteminin mürəkkəb quruluşa malik ən vacib şöbələrindən biri olan “çanağın – onun həlqəsinin tamlığının (stabilliyinin) pozulması ilə müşaiyət olunan müştərək zədələnmələrinin cərrahi müalicəsi” üzrə tibb elmləri namizədliyini 2010-cu ildə müdafiə edib.

2009-cu ildə Russiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat institutunda “oynaqların və sümüklərin endoprotezləşdirilməsi”  kursunu keçərək ayrıca oynaqların, uzun borulu sümüklərin endoprotezləşdirilməsi üzrə diplomuna yiyələnib.

Выполняемые процедуры

-Böyük və uşaqların travmatologiyası-ortopediyası;
-Yuxarı və aşağı ətraf oynaqlarının (bud-çanaq, diz, aşıq-baldır, ayaq barmaqları falanqaarası, ayaqdaraqarxası və bazu, dirsək, mil-bilək, əl barmaqları falanqaarası, əldaraqarxası oynaqlarının) oynaqdaxili açıq, qapalı sınıqlarının-çixiqlarının müasir cərrahi metodlarla və konservtiv üsullarla müalicəsi;
-Aşağı və yuxarı ətrafların uzun borulu sümüklərinin və digər sümüklərinin (çanaq ssmükləri, bud, baldır, pəncə, bazu, dirsək, mil, əl, körpücük, kürək sümükləri v.s.) qapalı, açıq sınıqlarının müasir cərrahi metodlarla, konservatiiv üsullarla müalicəsi. Çanaq sümükləri və onurğa sütunu zədələnmələrinin cərrahiyyəsi, konservativ müalicəsi;
-Aşağı və yuxarı ətraf yumşaq toxumalarının müxtəlif tip zədələnmələrinin (dəri-dərialtı toxumaların, əzələ fassiyası, əzələ-əzələ vətərlərinin, oynaq kapsulu və bağlarının, periferik sinirlərin) müasir cərrahi metodlarla, konservatiiv üsullarla müalicəsi;
-Dayaq-hərəkət sisteminin digər xəstəliklərinin (qonartroz, koksartroz - oynaqların müxtəlif dərəcəli deformasiyaedici osteoartrozu; oynaq qığırdağının digər zədələnmələri – hondromalyasiya, hondroliz və s.; osteoparozlar – patoloji sınıqla müşahidə olunan və olunmayan; bursopatiyalar – dirsək bursiti, prepatelyar bursit və s.; revmatoid poliartit; podaqra – podaqrik artritlər; fəqərəarası disk zədələnmələri – disk yırtığı, protruziyyası, spondilolistezlər; pediatric qüsurlar - aşağı və yuxarı ətrafların anadangəlmə deformasiyaları, bud-çanaq oynaqlarının anadangəlm çıxıqları, əyripəncəlik, əyriboyunluq  və s.) müasir cərrahi metodlarla, konservatiiv üsullarla müalicəsi;
-Osteosintez əməliyyatları: aşağı və yuxarı ətraflarda intramedulyar, metal lövhələrlə, eksternal fiksatorlarla icra edilən osteosintez əməliyyatları. Çanaq sümüklərinin, kürək sümüyünün qeyri-stabil tip zədələnmələrinin cərrahi yolla aradan qaldırılması, tamlığının bərpası üzrə aparılan osteosintez əməliyyatları;
-Oynaqların total və parsial növ endoprotezləşdirilməsi əməliyyatları: bud-çanaq  və diz oynaqlarının dəyişdirilməsi – artroplastikası;
-Oynaqlarda aparılan digər əməliyyatlar: artodez (oyunaqların hərəkətsizləşdirilməsi - dondurulması), artrotomiya, sinovektomiya və s.;
-Artroskopik əməliyyatlar: artroskopik diz oynağı çarpaz bağlarının plastikası-bərpası, artroskopik meniskektomiaya, artroskopik oynaqiçi lavaj, artroskopik oynaq siçanının çıxarılması və s.;
-Yumşaq toxumalarda aparılan əməliyyatlar: bəsit-coxkameralı kistaların, digər yenitörəmələrin xaric edilməsi, oynaqların yumşaqtoxuma sərtliyi-rigidliyinə bağlı kontrakturaların açılması, Axill vətərinin uzadılması, karpal tunel sindromu əməliyyatı, tenoliz, tenodez əməliyyatları. Yuxarı və aşağı ətraflarda sinirlərin, vətələrin  zədələnmələrinin təmiri – plastikası (kəskin və gecikmiş hallarda) və s.;
-Aşağı və yuxarı ətrafların deformasiyalarının cərrahi üsulla aradan qaldırılması əməliyyatları: bazu, said, bud və baldırda əyriliklərin korreksiyası, boy uzatma əməliyyatları. Yalançı oynaqların (psevdoartroz) ləğv edilməsi;
-Pediartrik ortopediya üzrə  aparılan əməliyyatlar: uşaqlarda anadangəlmə bud-çanaq çıxıqlarının, əyriboyunluq, əyripəncəlik və dayaq-hərəkət sisteminin digər anadangəlmə qüsurlarının cərrahi üsulla korreksiyası;
-Digər poliklinik-ambulator travmatoloji və ortopedik xidmətlər: aşağı, yuxarı ətraf oynaq və sümüklərinin zədələnmələrinin qapalı reduksiyası, gips sarğıları ilə immobilizasiyası. Dırnaq plıastikası əməliyyatları, yara tikilməsi, oynaqdaxili inyeksiyalar, oynaq punksiyası və s.;

Опыт работы

2010-cu ilin noyabr ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyətini davam etdirir.

 

Рамин Рзаев,PhD

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса