Yusifov Əmirəli Adil oğlu, 25 mart 1960-cı ildə anadan olmuşdur. 1988-ci ildə Azərbaycan dövlət tibb üniversitetinin I-müalicə profilaktika fakultəsini əla qiymətlərlə bitirmişdir. 1989-cu ildə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasının neyrotravma şöbəsində fəaliyyətə başlamışdır. 05.01.1993-cü ildən 08.06.1993-ə qədər Ukrayna Respublikasının Kiyev şəhərində akademik Ramadanov adına neyrocərrahiyə üzrə ixtisas artırma kursunda olmuşdur. Türkiyə Respublikasının İstanbul şəhərində Marmara universitətində təcrübə mübadiləsi keçmişdir. 2004-cü ildə Avstriya Respublikasının Zalsburq şəhərində keçirilən nevropatoloqların II beynəlxalq konfransında iştirak etmişdir. 2003-cü il tarixindən hazırki Kliniki Tibbi Mərkəzin müştərək travma şöbəsində, şöbə müdiri vəzifəsində işləyir.
2007-ci ildə "Qarının parentimatoz üzvlərinin və kəllə-beyinin ağır, müştərək travmalarının diaqnostikası və müalicəsi" mövzusunda dissertasiya işini tamamlayaraq ,"tibb üzrə fəlsəfə doktoru" elmi dərəcəsini almışdır. Bir çox elmi məqalələrin müəllifidir:
1.Müştərək kəllə-beyin və qarının qapalı travmaları zamanı transfuzion müalicənin bəzi aspektləri. Prof. N. Bünyadovun 85-illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: Təbib, 2001, s.135-137 (həmmüəl. H.A. Sultanov)
2. Kəllə-beyin travmaları zamanı baş beyin ödeminin müalicəsinin xüsusiyyətləri va profilaktikası // Kimya, biologiya. tibb jurnalı, 2002, No 1., s 82-84 (hammüəl. İ.Məhərrəmbəyli)
3. Müştərək kəllə-beyin travmaları zamanı letallığa səbəb faktorların xarakterik xüsusiyyətləri. Prof. B.M. Mahmudbəydovun 100-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın elmi işlər toplusu. Bakı: Təbib, 2002, 5 s. (hammüəl. İ.Məhərrəmbəyli)
4. Диагностика и хирургическая тактика при тяжелых сочетанных травмах паренхиматозных органов брюшной полости и головного мозга // Кimуа, biologiya, tibb jurnali, 2002, No З, с.99-101 (соавт. Султанов Г.А.)
5. Некоторые вопросы инфузионной терапии при сочетанных че-репно-мозговых и закрытых травмах живота // Sağlamlıq, 2004, No 10, s. 27-28 (соавт. Бабаевым Э.Х.)
6. Müştərək travmalar zamanı qarının qapalı zədələnmələrinin videolaparoskopiyası. Ə. Əliyev ad. Azərbaycan DHTİ-nun elmi əsərlərinin məcmuəsi. 2004. s. 237-240 (hammüəl. Zeynalov S.M., Məmmədov K.M.)
7. Diagnostics and surgical tactics with heavy counted injuries of the parenchymatous organs of abdominal cavity and brain. VIII Interna-tional Euroasian Congress of Surgeons and Gastroenterologists. Abstracts. 2-4 June. 2005. Tbilisi. Georgia. p.142. Together with Zeynalov S.M. and Mammadov K.M.
8. Интенсивная инфузионно-трансфузионная терапия при сочетанных черепно-мозговых и закрытых травмах живота // Cərrahiyə, 2005, No З, S. 75-78
9. Ağır kəllə-beyin travmaları fonunda qarının parenximatoz üzvlərinin qapalı zədələnmələrinin erkən diaqnostikasının xüsusiyyətləri // Sağlamlıq, 2005, No 9, s. 51-55
10. Qarının parenximatoz üzvlərinin və kəllə-beyinin ağır, müştərək travmalarının yayılması və diaqnostikasının müasir vəziyyəti // Sağlamlıq, 2006, No 5, s. 29-33
11. Диагностика и хирургическая тактика при тяжелых сочетанных за-крытых травмах головного мозга, печени и селезенки // Аzərbaycan Tibb jurnalı, 2007, No 1, s. 132-134 (соавт. Зейналов С.М., Рустам А.М., Мамедов К.М.).
1981-1988-ci illərdə Azərbaycan Tibb Universitetini əla qiymətlərlə bitirib.
1993-ci ildə Kiyev şəhərində, Ramadanov adına neyrocərrahiyə institutunda 6 aylıq ixtisaslaşma kursu keçmişdir.
İstanbul şəhərində, Marmara üniversitətində təcrübə mübadiləsi keçmişdir.
2004-cü ildə Avstriya Respublikasının Zalsburq şəhərində keçirilən nevropatoloqların II beynəlxalq konfransında iştirak etmişdir.
Doktor tərəfindən konservativ və cərrahi yolla müalicə olunan xəstəliklər:
- Onurğa sütununun müxtəlif nahiyyələrində təsadüf olunan disk yırtıqları (boyun, döş, bel)
- Onurğa sütununun travmaları
- Fəqərə sürüşmələri
- Osteoporoz və bununla əlaqədar meydana çıxan sınıqlar
- Onurğa sütununun iltihabi xəstəlikləri
- Karpal tunel sindromu
- Baş beynin şişləri
- Baş beynin travmatik zədələnmələri
- Hematomalar
- Baş beynin iltihabi xəstəlikləri (abseslər)
- Hidrosefaliya
- Baş beynin anadangəlmə yırtıqları
- Kraniostenoz və digər neyrocərrahi xəstəliklər
1989-cu ildən Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasının neyrotravma şöbəsində neyrotravmatoloq kimi işə başlıyıb. Hazırda Kliniki Tibbi Mərkəzin müştərək travma şöbəsində neyrocərrah kimi çalışır.