Сеймур  Мусаев hekimtap.az

Сеймур Мусаев,PhD

Сердечно-cосудистый xирург

Кандидат медицинских наук

Баку

О враче

1 sentyabr 1974-cü ildə Goranboy rayonunun Xınalı kəndində anadan olub.

Tibb elmləri namizədi Seymur Musayev hal-hazırda Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyəsi şöbəsinin müdiri kimi fəaliyyət göstərir.

 

Образование

1980-1985-ci illərdə Goranboy rayon Xınalı kənd orta məktəbində, 1980-1985-ci illərdə isə Gəncə şəhər 5 saylı orta məktəbində oxuyub və orta məktəbi qızıl medalla bitirib.

Курсы

2005-ci ildən xaricdə keçirilən 8 beynəlxalq konfransın və Azərbaycanda keçirilən 2 beynəlxalq konfransın iştirakçısıdır.

Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “9-cu Beynəlxalq Konfransı”nın iştirakçısı. 01-05 kasım 2006-cı il, Antalya, Türkiyə

Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “1-ci damar cərrahiyəsi simpozyumu”da “Periferik damar və aort cərrahiyəsi” mövzusunda keçirilən simpozyumun iştirakçısıdır. 06-09 iyul 2007-ci il, Çanaqqala, Türkiyə.

“Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası” İB-nin “Anadangəlmə ürək qüsurlarının müalicəsində yeniliklər və ağciyər hipertenziyası” mövzusunda keçirilən simpozyumda iştirak edib. 22 sentyabr 2007-ci il, Bakı,Azərbaycan.

Türk Ürək-damar Cərrahiyəsi Dərnəyinin “10-cu Beynəlxalq Konfransı”nın iştirakçısıdır. 17-21 ekim 2008-ci il, Çeşmə, İzmir, Türkiyə.

“Açıq Tibb İnstitutu”, “Nyu-York – Presviterianın Xəstəxanası”, “Bakı Təhlil və Məlumat Mərkəzi” və “Mərkəzi Neftçilər Xəstəxanası”nın birgə keçirdiyi 15 saatı əhatə edən Beynəlxalq “KARDİOLOGİYA OMİ SATELLİTE” simpozyumda iştirak edib, 17-18 aprel 2009-cu il, Bakı, Azərbaycan.

“Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirdiyi “5-ci Beynəlxalq Konqres”in iştirakçısıdır, 24-28 sentyabr 2009-cu il, Antalya, Türkiyə.

“Türkiyə Ürək və Səhiyyə Fondu”nun “ESC GUCH” mövzusunda keçirdiyi kursun iştirakçısıdır, 25-26 sentyabr 2009-cu il, Antalya, Türkiyə.

“Türkiyə Ürək və Səhiyyə Fondu”nun “Ürək morfologiya” mövzusunda keçirdiyi kursun iştirakçısıdır, 26 sentyabr 2009-cu il, Antalya, Türkiyə.

“Kardiologiya və ürək-damar cərrahiyəsinə dair yeniliklər” mövzusunda keçirilən “6-cı Beynəlxalq Konqres”lə əlaqədar olaraq “59-cu ESCVS Beynəlxalq Konqres”in iştirakçısıdır, 16 aprel 2010-cu il, Çeşmə, İzmir, Türkiyə.

Опыт работы

14 aprel-15 iyul 2005-ci il tarixlərində Türkiyənin İzmir şəhərində “Şifa Xəstəxanalar Qrupu”da ürək-damarın cərrahiyəsi şöbəsində aparılan ürək-damar əməliyyatlarında fəal iştirak etmiş və xəstələrə intensiv terapiyaya dair məsləhətlər aparıb.
2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının “Ürək-damar cərrahiyəsi şöbəsi”ndə ürək-damar cərrahı işləyir. Bu illər ərzində onun rəhbərliyi altında yüzlərlə uğurlu əməliyyat həyata keşirilib.
“Ürək və damar xəstəlikləri mərkəzi”nin rəhbəri Rəşad Mahmudovla birlikdə 4000-dən çox və həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatları aparıb.

Сеймур Мусаев,PhD

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса