Gicgah çənə oynağı disfunkisyası son zamanlarda geniş yayılmış patologiyadır. Yemək yeyərkən ağızda şıqqıltı səsi, hərəkət məhdudluğu, üzdə asimmetriya, dişləmin (prikusun ) düz olmaması, miqren , müalicəyə tabe olmayan boyun ağrıları gicgah çənə oynağı disfunksiyasının olmasının əsas simptomlarıdır. Beldə ağrılar, qamətin pozulması, dözülməz baş ağrıları, kürəkdə ağrılarla müraciət edən pasientlər bəzən problemin gicgah-çənə oynağında olmasından məlumatsızdırlar.
Gicgah-çənə oynağı disfunksiyasının yaranma səbəbləri
Gicgah-çənə oynağı disfunksiyasının səbəbləri aşağıdakılardır.
Ortodontik - dişlərin hər hansı birinin olmaması, plomblanma zamanı edilən səhvlər, dişləmin düzgün olmaması, breketlərdən istifadə zamanı yaranan səbəblərdir.
Travmatik - gicgah-çənə oynağının travmaları, whiplash sindrom, bədənin digər nahiyələrinin travması.
Dayaq hərəkət sistem xəstəlikləri - aşağı ətraf uzunluğunda fərqlər, çanağın rotasiyası, bud-çanaq oynağı displaziyası, skolioz, kəllə və ya üz sümüklərinin deformasiyaları, yastıayaqlıq və s.
Gicgah-çənə oynağı disfunksiyası simptomları
Daimi və müalicəyə tabe olmayan baş və ya boyun ağrıları, miqren.
Gicgah çənə oynağı disfunksiyasının diaqnostikası
Gicgah-çənə oynağı disfunksiyası müalicə üsulları
Həkim pasientin patologiyasının səbəbini təyin etdikdən sonra pasient üçün kompleks müalicə üsulları təyin edir. Bu müalicə üsullarının kompleksliyi oynağın ortodont tərəfindən müalicəsi: xüsusi ortez və ya breketlərdən istifadə.
Osteopatik və posturaloji müalicə ümumi bədən biomexaikasının balanslaşdırılması, qamətin bərpası, gicgah-çənə oynağıətrafı əzələ və bağların bərpası, oynaq kapsulunun balanslaşdırılmasından ibarətdir. Boyun fəqərələri atlasın blokadasının aradan qaldırılması, bel əzələlərinin gücləndirilməsi, gicgah və çeynəmə əzələlərinin spazmının aradan qaldırılması gicgah-çənə oynağı disfunksiyasının müalicəsində ən vacib aspektlərdir.
Gicgah-çənə oynağı disfunksiyasını müalicə etməsək fəsadları nədir ?
Gicgah çənə oynağı disfunksiyasını müalicə etməsək, orqanizmin kompensator imkanları tükənib, simptomlar daha da ağırlaşa bilir, patologiya proqressivləşib gicgah-çənə oynağında böyük diskomfort yarada bilər.Gicgah çənə oynağının artrozu və hətta ankilozlaşmasına səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az