Language:
English
Ziyillərdən təbii qarışımla xilas olun
16 April 2018 10115Əl, ayaq kimi vücudunuzun hər yerində çıxa biləcək və can yandıran ziyillər daha çox maddələr mübadiləsinin aşağı düşməsi zamanı ortaya çıxır. Təqdim edəcəyimiz üsullarla ziyillərdən xilas ola bilərsiniz.
Ziyil müalicəsində uğurlu nəticələr əldə etmək üçün sarımsaqlı limondan istifadə edə bilərsiniz. Sarımsağın antiviral təsiri və limonun asidi birləşən zaman bərpaedici, zərərsiz və təbii qarışım ortaya çıxır. Sarımsaq və limon qarışımı ziyillərin yayılmasının qarşısını alır, qurudur və yox edir. Bu üsul üçün ehtiyacınız olan məhsullar 1 diş sarımsaq və 10 ml limon suyu lazımdır.
Bunun üçün sarımsağı əzin və limon suyu ilə qarışdırın. Ziyil üzərinə çəkin və 40 dəqiqə gözlədin. Ardından su ilə yuyun. Bu üsulu ziyillər gedənə qədər hər gün tətbiq edin.
Aspirin və qatıq qarışımı dərinizi təmizləyir. Üç ədəd aspirini toz halına gətirin və daha sonra 2 yemək qaşığı qatıq ilə qarışdırın. Ziyillər üzərinə çəkdikdən sonra 30 dəqiqə gözlədin. Daha sonra isti su ilə durulayın.
Aloya antibiotik xüsusiyyətə malikdir. Bu xüsusiyyətlər alma sirkəsinin asidi ilə birləşən zaman ziyillərin boyu kiçilir. 30 qr aloya ilə 1 xörək qaşığı alma sirkəsini qarışdırın. Qarışımı ziyillərin üzərinə çəkin. Daha sonra isə durulayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1