Language:
English
Yumurta yeməyi sevirsinizsə, SOS...
12 October 2018 8079Yumurta sarısı təbiətdə tərkibində ən çox xolesterin olan qidalardan biridir. Bəs yumurtanın həddindən artıq istifadəsinin bəzi xəstəliklərin inkişafını artırdığını bilirdinizmi?
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, qanda xolesterin səviyyəsi və xroniki ürək xəstəlikləri arasında bir əlaqə var. Qanda xolesterini yüksək olan xəstələrin xolesterin səviyyəsi normala salındıqda ürək xəstəliyi riskinin azaldığı ispatlanıb.
Məlumdur ki, yaponlar xolesterin səviyyəsi az qidalarla qidalanırlar. Havay və San Fransiskoya köç edərək, orda məskunlaşmış bir qrup yapon ailəsi üzərində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, qidalanma adəti dəyişdiyi üçün həm qanlarında xolesterinin səviyyəsi, həm də ürək xəstəlikləri artmışdır.
Sağlam insanların gündə bir ədəd yumurta yeməsi xolesterin səviyyəsində az miqdarda artırsa da, yumurtanın antioksidantla zəngin olması ürək xəstəliklərinə tutulma riskini azaldır.
Ancaq risk qrupuna daxil olan şəxslər, ailələrində ürək xəstəlikləri olanlar həftədə bir və ya iki dəfə yumurta yeməlidirlər.
Gündə bir dəfədən çox yumurta yemək diabet xəstələrində ürək xəstəliklərinə tutulma riskini 2 dəfə artırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1