Language:
English
Sosial media axımları, "Könüllü dəlilik"
15 October 2018 13422Həyatlarında həyəcan və adrenalin axtaran insanların sosial mediada nümayiş etdirdikləri davranış "Könüllü dəlilik" kimi ifadə olunur.
Hərəkətdə olan avtomobildən enərək rəqs etmək axımı olan "Kiki", yerə yıxılmış məşhuru bildirən "Falling Stars" və ya yüksək göydələnlərin başında çəkilmiş şəkil və videolar sosial mediada böyük bir sürətlə yayılır. Bəzən insan həyatını təhlükəyə atan, çox vaxt heç bir məqsədi olmayan bu axımlar sosial mediada yayıldıqdan qısa bir müddət sonra unudulur. Psixiatr Yrd. Doç. Dr. Kənan Eren gündəlik həyatda həqiqətən səmərəli iş görən insanların sosial mediaya çox az girdiklərini və bu şəbəkələrdən şüurlu şəkildə istifadə etdiyini qeyd edib. "İnsanlar sosial mediada aldığı həzzi, xoşbəxtlik zənn edir, ancaq həzz xoşbəxtlik deyil" deyə psixiatr bildirib.
Psixiatr Yrd. Doç. Dr. Kənan Eren, insanların sosial mediaya girmə səbəbini paylaşılan şəkil, video və sairəyə gələn "bəyənmələr"in insanın beynində mükafatlandırılma mexanizmasını çalışdırdığını və bunun asılılığa səbəb olduğunu bildirib. "İn my feelings" adlı mahnının sədaları altında hərəkət halında olan maşının yanında gedərək rəqs etmək axımı olan "Kiki"ə münasibət bildirən psixiatr, hərəkət halında olan maşından düşüb, "İnsanı rəqs etməyə məcbur etdirən nədir?" sualını belə cavablandırıb: "Bu mən çox güclüyəm, qorxusuzam imici yaratmaqdır. Həmin insanların özlərini dünyaya çox güclü, qorxusuz göstərməyə ehtiyacları vardır. Bu ehtiyacı ödəmək üçün o şəxslər özlərini bir çox təhlükəyə atır, ancaq o an onlar həzz alırlar ki, bu da bəzi narkotik tərkibli maddələrin istifadəsi ilə alınan həzlə eynidir".
Bu cür davranışlar psixiatr tərəfindən "Könüllü dəlilik" kimi qiymətləndirib. Odur ki, texnologiya inkişaf etdikcə istifadə etdiyiniz texnoloji yeniliklərə diqqətli olun və şüurlu şəkildə istifadə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1