Language:
English
Tədqiqatçılar 67 yaşından 84 yaşadək 827 kişi və 914 qadın arasında araşdırma aparıblar. Mütəxəssislər yeriş sürətini, tutma gücünü, həmçinin, əllər və ayaqların gücünü qiymətləndiriblər. İştirakçılardan həm də xahiş olunub ki, oturaq vəziyyətdən ayağa qalxsınlar. Bundan başqa, onlara tapşırılıb ki, zülal qəbul etsinlər.
Tədqiqatçılar həmin iştirakçıları 3 il ərzində nəzarətdə saxlayıblar. Bu müdət ərzində onların gücü hərəkətliliyə nisbətdə daha aşağı düşüb. Alimlər müəyyənləşdiriblər ki, zülal istifadəsi hər iki cinsdə əzələ gücünün artmasına səbəb olub, kişilərdə isə hərəkətliliyin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.
Mütəxəssislərin sözlərinə görə, qida ilə qəbul edilən zülal daim dağılan digər zülalları əvəz edir.
Ekspertlər əlavə ediblər: Zülalın orqanizmdə miqdarını artırmaq üçün hər dəfə qida qəbul edərkən bir ədəd yumurta yemək və ya bir çay qaşığı yer fındığı yağı qəbul etmək yetərlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1