Language:
English
Yaşıl çayın bilinməyən faydaları
28 April 2018 10739Yaşıl çayın faydalarından demək olar ki əksər insan xəbərdardır. Çin və Hindistanda yetişək yaşıl çaydan insan sağlamlığı üçün də tez-tez istifadə edilir.
Sudan sonra faydalı olaraq bilinən dünyanın ən çox istifadə edildiyi məhz yaşıl çaydır.
Ürək sağlamlığını qoruyur
2-ci tip diabet, alsheymer xəstəliklərində effektlidir.
Xərçəngdən qoruyur. Təcrübələr zamanı yaşıl çayın xərçəng şişlərini azaltdığı təsdiq olunub .
Xüsusilə də:
Süd vəzi, yumurtalıq, bağırsaq, prostat, dəri, mədə xərçənglərində effektli olduğu bildirilir.
Alimlər gündə 2 və ya 3 stəkan yaşıl çayın vücudda antioksidan səviyyəsini artırdığını və xərçəng xəstəliyinin qarşısını aldığını vurğulayıblar.
Parkinson xəstəliyində effektlidir.
Qan təzyiqini normallaşdırır – Uzunmüddətli qan təzyiqini stabil saxlayır. Bunun üçün gündə 3 stəkan yaşıl çay içmək tövsiyə edilir.
Maddələr mübadiləsini sürətləndirir. Arıqlamağa yardım edir.
İmmuniteti gücləndirir. Vücudu radikallara qarşı qoruyur.
Həzmi asanlaşdırır. Qəbizlikdən əziyyət çəkənlər rahatlıqla yaşıl çaydan istifadə edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1