Language:
English
Öskürək, tənəffüs problemləri... – Bağayarpağının faydaları nədir?
12 April 2020 16773Tibbi elmlə yanaşı xalq təbabəti də bir çox xəstəliklərin müalicəsində effektlidir. Belə faydalı sayılan bitkilərdən biri bağayarpağıdır. Birdən çox faydası mövcuddur ancaq bunların hamısı məlum deyil.
Bəs bu bitkinin faydaları nədir?
Bağayarpağının xalq arasında bir çox adları mövcuddur. Çiban otu, sinir otu da deyilir. Adətən payız və qış aylarında istifadə etmək tövsiyə edilir. Yaz-yay fəsillərində öz təsirlərini adətən çox göstərmir. Çiçəklənmədən öncə istifadə edildiyi zaman sağlam qalmağınıza kömək edər və immun sisteminizi gücləndirər. Tərkibində kalsium, sink, flavonlar, fosfor, C , K vitaminləri mövcuddur. Mədə ağrılarında, soyuqdəymə və öskürəyin müalicəsində istifadə edilir. Bunlarla yanaşı üst tənəffüs yolu problemlərinin müalicəsində də istifadə edilir. El arasında maddələr mübadiləsinin normal fəaliyyəti üçün də istifadə edilir.
Bəs başqa faydaları hansılardır?
İdrar yolu infeksiyaları zamanı faydalıdır.
Nəfəs tıxanıqlığını açar, bronxit kimi problemlərin müalicəsində effektlidir.
Dəri üzərində yaranan yaraları tez sağaldar.
Bağırsaq parazitlərindən xilas olmağa kömək edər.
Dəridə yaranan qızarıqlıqlar, ağcaqanad dişləmələri zamanı effektlidir.
Şəkəri yüksək olanlar rahatlıqla istifadə edə bilərlər. Şəkəri tənzimləyərək normada saxlayır.
Bəs bağayarpağı çayı necə hazırlanır?
Bunun üçün:
3 stəkan suyu qaynadın və içərisinə 2 çimdik öncədən qurudulmuş bağayarpağını əlavə edin. 15 dəqiqə kimi dəmləyin. İsti su tökərək qaynatmaq düzgün deyil. Yavaş-yavaş dəmləndiyi zaman effekti artar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1