Language:
English
Xoşbəxtlik kifayət qədər geniş məfhumdur və onun meyarları hamı üçün eyni deyil. Kimisi üçün xoşbəxtlik okean sahilində dəbdəbəli evdə həyat sürməkdən, kimisi üçün çiynində rükzaq dünyanı gəzməkdən, bəzisi üçün isə dadlı yemək yeyib maraqlı bir film seyr etməkdən ibarətdir. Lakin bu insanları aşağıdakı 6 şey birləşdirir:
Xoşbəxt insanlar başqalarının işlərinə və həyatına müdaxilə etmirlər. Məsləhət istəyən olmasa, düzgün yaşamaq haqqında fəlsəfi söhbətlər etmirlər. Onlar başa düşürlər ki, başqası kənardan müdaxilə olunmasa belə öz işlərini özü icra edə biləcək. Əgər kimin isə köməyə ehtiyacı olarsa, bu haqda özü xahiş edəcək.
Xoşbəxt insanlar özlərindən və öz həyatlarından razıdırlar və bunu kiminsə təsdiq etməsinə ehtiyacları yoxdur. Yox ki, onlar təkəbbürlüdürlər, sadəcə özlərini daxilən yaxşı insan hesab edirlər.
Xoşbəxt insanlar nə öz, nə də ki, başqasının keçmiş həyatında qurdalanmırlar. Keçmişdə olan inciklikləri yada salmırlar, niyə də salsınlar axı? Olan olub, keçən keçib və neqativ hisslər içində var-gəl etməyin axı nə faydası var? Keçmişi qaytarmaq mümkün deyil, odur ki, gələcəyi düşünmək lazımdır.
Xoşbəxt insanlar sonsuz problemlər və digər neqativ hisslər üzərində baş sındırmırlar. Onlar əmindirlər ki, hər kəs özünü xoşbəxt etməyə qadirdir.
Xoşbəxt insanlar daim ah-nalə çəkənlərin əhatəsində olmamağa çalışırlar. Bu cür mühitdə pozitiv şeylərə köklənmək çox çətindir və insan məcbur olur neqativ əhval-ruhiyyəni balanslaşdırmaq üçün enerji sərf etsin. Ona görə də bu cür insanlardan bacardıqca uzaq dururlar.
Xoşbəxt insanlar şikayət etmirlər. Axı bu, nəyə lazımdır? Əgər şikayətlənmək kömək etmirsə, bunu etməyə ehtiyac varmı? Başqasından şikəyət etmək isə ümumiyyətlə, mənasızdır. Xoşbəxt insanlar yalnız irəli gedir və hər şeyi olduğu kimi qəbul edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1