Language:
English
Xınanın tibbi möcüzəsi – Min dərdə dəvadır
17 April 2018 9597Xına əksər qadınların istifadə etdiyi məhsuldur. Ancaq aparılan araşdırmalar xınanın tibbi faydalarının daha mühüm olduğunu təsbit ediblər.
Xına vücudda yaranan sərtlikləri yumşaldır.
Yanıqlar üzərində effektlidir. Qaynadılaraq yanıq yaralarının üzərinə çəkilərsə yaraların daha tez yaxşılaşdığını görəcəksiniz.
Təbii ağrıkəsicidir. Məlhəm formasında ağrıların üzərinə çəkin. Bu, şiddəti nisbətən azaldacaq.
Xına ilə gül yağı qarışdırılaraq ağrılar üzərinə çəkmək effektli olacaq.
Xına saçlar üçün də çox faydalıdır.
Xına ilə rəngləndirilərsə saçlar daha güclü olacaq, həmçinin yenidən saçların çıxmasına və uzanmasına yardım edəcək.
Uşaq xəstəlikləri üzərində də təsirlidir.
İynə yaralarının da sağalmasına kömək edir.
Sadəcə görüntüsü ilə deyil, iyi ilə də diqqət çəkir.
Xına çiçəyi iflic kimi problemlərin qarşısını almaqda kömək edir.
Xınanın tozu sirkə ilə sulandırılaraq alına çəkilərsə baş ağrısının azalmasına kömək edər.
Xına insan vücudu ilə yanaşı paltarlar üçün də faydalıdır. Xına tozu paket içərisində paltarlar arasında saxlanılarsa paltarları bitlənmədən qoruyar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1