Language:
English
Varikoz nədir? – müalicəsi
11 August 2018 8951Varikoz, əksər zaman ayaqlarda meydana gələn, damar genişlənməsidir. Vücuddakı kirli qanı ürəyə çatdırmaq vəzifəsini yerinə yetirir. Belə damarlar genişləndiyi zaman qanı dövr etdirə bilmir, nəticədə isə kirli qan damarda toplaşır. Ətraf toxumalara sızaraq ağrı, tutma, qaşıntı, rənd dəyişikliyi kimi şikayətlər meydana çıxarar. Başlanğıcda ayaqda incə damarların artması və ya genişləmiş bir damarın görülməsi ilə fərq edilən və estetik cəhətdən şikayətə səbəb olan varikozlar müalicə edilmədiyi təqdirdə müəyyən zaman çərçivəsində dövran pozğunluğuna, kirli qanın daha çox toplaşaraq qan tuluğu yaratmasına yol aça bilər.
Varikozlar başlanğıc zamanı təsbit edilir və mümkün olan ən qısa zaman daxilində müalicəyə başlanılmalıdır. Bu zaman xəstəliyin irəliləməsinin qarşısını alına bilər.
Uzun illər görüntüsü xaricində heç bir şikayətə səbəb olmadan var olan varikozların müalicəsi iki üslubda aparıla bilər. Bu cərrahi və dərman müalicə növüdür. Əməliyyat vasitəsilə müalicə edilən varikozlarda yaxşılaşması mümkün olmayan damarlar ayaq toxumaları içərisindən çıxarılır. Köhnə müalicə növü hesab edilir.
Müasir zamanda isə artıq varikozlar daha çox əməliyyatsız şəkildə müalicə edilir.
Mütəxəssislər yay aylarında da varikozların müalicə oluna biləcəyini diqqətə çatdırıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1