Language:
English
Diş əti çəkilməsi nədir? – Səbəbləri
04 August 2018 11002Ağız içindəki bakteriyaların zaman daxilində birləşməsi nəticəsində ərimələr və geri çəkilmələr görülür. Diş əti çəkilməsinin qarşısı alındığı zaman tez zamanda müalicə oluna bilər. Müalicəsi uzadıldıqda isə daha bir çox problemlər üzə çıxa bilər.
Diş əti çəkilməsi akut və xronik olmaq üzrə iki yerə ayrılır. Diş əti çəkilməsinin hansı mərhələdə olmasını isə həkim müayinəsi nəticəsində təyin etmək mümkündür. 1-2 mm qədər diş əti çəkilməsi adətən böyük problemlərə yol açmaz və xronik diş əti çəkilməsi olaraq adlandırılır. Bu növ çəkilmə daha yavaş formada irəliləyir. Amma 3-4 mm-lik diş əti çəkilmələri ya da çox sürətlə irəliləyən diş əti çəkilmələri akut diş əti çəkilməsi olaraq adlandırılır. Müalicəsi mütləq şəkildə gərəklidir.
Diş daşları, diş əti çəkilmələri zamanı böyük rol oynayır. Dişlərdə yaranan diş daşları zamanla çəhrayı hissəyə yaxınlaşmağa və özünə yer açmaq üçün içlərə doğru irəliləməyə başlayır. Dİş ətində yaranan daşlar isə çəkilmələrə səbəb olur.
Düzgün fırçalamamaq da diş əti çəkilməsinə səbəb olur. Çünki mütəmadi olaraq fırçalanmayan dişlərdə bakteriyaların yaranması üçün şərait yaranır.
Xüsusilə 60 yaşdan yuxarı olan insanlarda vücuddakı hormon nizamlanmasının pozulması ilə birlikdə diş əti çəkilmələri görülə bilər.
Qadınlar isə birdən çox doğuş etdikləri zaman diş sağlamlığında problemlər yarana bilər. Vitamin azlığı diş əti çəkilmələrinə səbəb olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1