Language:
English
Vücuddakı qırıqların əlamətləri – Qırıqlar necə sağalır?
04 June 2018 12020Sümüyün pataloji ya da travmatik səbəblər ilə pozulmasına qırıq deyilir. Qırıqlar vücudumuzun bir çox nahiyyəsində meydana gələ bilər. Ayaq, qol kimi gündəlik istifadə etdiyimiz nahiyyələrdə qırıqlar yarana bilər. Qırıqların yaxşılaşma müddəti bir çox səbəbə bağlıdır.
Qırıqlar sümük bütövlüyünün pozulması ilə meydana gəlir. Vücuda alınan bir zərbə nəticəsində və öz-özlüyündən meydana gələ bilər. Üç qırıq növü var. Birincisi qapalı qırıqdır. Qapalı qırıq, dəri üzərində bir zədəyə səbəb olmadan sadəcə sümük bütövlüyünün pozulması ilə olur. İkincisi isə açıq qırıq, həm dəri, həm də sümüklərin pozulmasıdır. Son olaraq parçalı qırıq isə sümüyün bir çox yerdən qırılması deməkdir.
– Bölgədə şiddətli ağrı və həssaslıq
– Dəridə rəng dəyişikliyi
– Sümüklərin anormal quruluşda olması
Qıırqlarda müalicə müddəti həm uzun həm də sıxıntılı dövrdür. Xəstə qırılan bölgəyi istifadə edilə bilməyəcək hala gələ bilər. Bəzi insanlarda isə qırılan yerdə sürtünmələr olsa da istifadə edilə bilər. Bu səbəbdən sümüklər zərər görə bilər. Əgər vücudunuzun bir yerində qırıq olduğundan şübhələnirsinizsə təcili xəstəxanaya getməlisiniz. Həkim müayinəsindən sonra rentgen tələb ediləcək.
Qırıqların müalicəsində həkimlərin məqsədi qırılan parçaları bir-birinə uyğun olaraq bir araya gətirməkdir. Bu sümüklərin bir-biri ilə qaynaması üçün qırılan bölgənin hərəkətsiz bir şəkildə durması lazımdır.
Bu müddətdə ağrıları azaltmaq üçün ağrıkəsicilərdən istifadə edilməlidir.
Yaxşılaşma müddəti isə təxminən 3 aydır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1