Language:
English
Vücudda qabarmalar nədən yaranır?
30 May 2018 9599Vücudun ən üst təbəqəsi olan dəri fərqli xüsusiyyətə sahibdir. Dəri digər qismlərdən daha həssasdır. Bəzi xəstəliklərin xəbərçisi olaraq vücudda qabarmalar meydana gələ bilər. Qabarmalar, adətən qısa müddət ərzində müdaxiləyə ehtiyac qalmadan öz-özünə keçir. Ancaq uzunmüddət keçmirsə artıq müəyyən tədbirlər görülməlidir.
Vücudun müxtəlif nahiyələrində yaranan ekzema, sədəf vücudda qabarmalar yarada bilər.
Qabarmalarla yanaşı, qızarıqlıq, töküntü də meydana çıxa bilər.
Mövsümi dəyişiklik dəridə qabarmalara səbəb ola bilər. Hava istiliyinin çox aşağı və çox yüksək olduğu fəsillərdə dəridə səpkilər çıxa bilər. Mövsüm səbəbilə yaranan qabarmalar qısamüddətlidir və bir müddətdən sonra tamamilə keçir. Yaz və payızda toz ya da polenlər vücuda mənfi təsir göstərə bilər. Allerjik təsir göstərərək qabarmalar, səpkilər yarada bilər.
Dermatit adlandırılan xəstəliklər zamanı da qaşıntı və ya qabarmalar meydana çıxa bilər.
Paltarların təmizlənməsi üçün istifadə edilən yuyucu tozların içərisində ləkə çıxmasını gücləndirən bəzi kimyəvi maddələr mövcuddur.
Bu kimyəvi maddələrin dəri ilə təmas etməsi nəticəsində dəridə qaşıntı, qabarmalar və qırmızı ləkələr ortaya çıxa bilər. Eyni vəziyyət təmizlik üçün də istifadə olunan məhsullar üçün keçərlidir. Dəri, vücud, saç baxımı üçün istifadə edilən məhsullar da dəriyə zərər verə bilər.
Dərinin nəmliliyin azalması da eyni problemlər çıxara bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1