Language:
English
Çiyin ağrısı
26 April 2020 14274Çiyin ağrısı, çiyində hiss edilən sancıdır və bu, həmin nahiyəyə dəyən zərbələrdən qaynaqlana bilər. Həmçinin başqa xəstəliklərin əlaməti sayıla bilər
Çiyin ağrısının səbəbləri nədir?
Zərbələr
İnfarkt
Ağciyər xəstəlikləri
Qolun qırılması və ya çatlaması
Çiyinə yük minməsi
Oynaq xəstəlikləri
Mütəmadi olaraq sol ya da sağ tərəfə yatmaq
Çiyin çıxması
Onurğanın zədələnməsi.
Bəs çiyin ağrısı hansı əlamətlərlə özünü göstərir?
Çiyində yaranan şişlik
Hiss edilən sərtlik
Çiyin ağrısı
Çiyində yanma hissi
Hərəkət qabiliyyətinin itməsi
Ağrıyan çiyinin üzərinə yata bilməmək
Çiyin ağrısı səbəbiylə əl ilə nəisə götürə bilməmək
Gücün yoxa çıxması.
Çiyin ağrısı üçün nələr edilə bilər?
Ağır yük qaldırılmamalı
Çiyini yükləməmək
Çiyin çantası deyil, kürək çantası seçilməlidir
Mütəmadi hərəkətlər etməli
Dik oturmağa diqqət etməli
Uzunmüddət eyni tərəfdə yatılmamalı
Massajlarla əzələlər genişləndirilməli
Düzgün qidalanmalı
Bunlara diqqət edərək çiyin ağrılarının qarşısını almaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1