Language:
English
Udqunmada yaranan çətinliyin səbəbləri
29 May 2018 13655Vücudun ehtiyacı olan enerjini təmin edə bilmək üçün xaricdən qida əldə edirik. Bununla da enerji ehtiyacını qarşılamış olarsınız. Həzmin ən əsas orqanlarından biri qida borusudur.
Udma çətinliyi xəstəlik deyil, hansısa xəstəliyin əlamətidir.Udma çətinliyi çəkən insanlar kifayət qədər qidalana bilmirlər.
Ən əsas səbəblərindən biri də yaşın irəliləmiş olmasıdır. Udma zamanı əllidən çox əzələ çalışır və yaş irəlilədikcə müşahidə olunan zəiflik udma prosesini çətinləşdirir.
Udma çətinliyinin əsas səbəblərindən biri də stress olaraq dəyərləndirilir. Xüsusilə də əsəbilik zamanı şəxs boğazında bir şey qalırmış kimi hiss edər.
Qida borusunda yaranan bəzi şişkinliklə insanın udma çətinliyinə səbəb olur.
Bu problemdən əziyyət çəkən insanların müalicələri fərqli üsullarla aparılır. İlk olaraq müayinə olunaraq problemin əsas səbəbi araşdırılmalıdır. Müəyyən dərmanlar, antibiotiklərlə müalicə olunmalıdır.
Əgər udma çətinliyi çəkən zaman bir tərəfdən də yanma hissi yaşayırsınızsa bu vəziyyət mədənizlə əlaqəli ola bilər.
Boğazın nəmli qalması problemi aradan qaldıra bilər.
Əgər mütəmadi olaraq bu problemdən əziyyət çəkirsinizsə səbəbi şiş də ola bilər.
Bu səbəbdən bu hal yaşandığı zaman təcili həkimə müayinəyə gedin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1