Language:
English
Uşaqlara bu qidaları mütləq verin
06 June 2020 9293Uşaqlar hansı yaş qrupuna məxsus olsalar da inkişaflarına diqqət göstərmək lazımdır. Uşaqlarınıza protein, mineral və vitaminlərlə zəngin olan qidalar verilməlidir.
Bəs uşaqlarınızın menyüsündə hansı qidalar yer almalıdır?
1-ci qrup qidalar:
Ət, toyuq, yumurta. Protein, sağlam böyümək, əzələlərin güclənməsi, qanın çoxalması üçün gərəklidir.
2-ci qrup qidalar:
Süd, qatıq, pendir kimi qidalar sümük və diş inkişafı, sinir və əzələlərin fəaliyyəti üçün faydalıdır. Bu qrupa aid olan qidalar minerallar, kalsium, fosfor, A, B12 vitamini, protein cəhətdən zəngindir.
3-cü qrup qidalar:
Meyvə və tərəvəzlər buna aiddir. Bu qrup, vitamin və mineral qaynağıdır. A, B, C vitaminləri ilə zəngindir. Uşaqların böyüməsi, göz, dəri, həzm sisteminin sağlamlığı baxımından bu çox vacibdir. Bunun üçün hər gün kifayət sayda meyvə və tərəvəzlər yeyilməlidir.
4-cü qrup qidalar:
Şəkər və yağ qrupu bura aiddir. Kərə, zeytun yağı və digər növ yağlar enerjisi yüksək olan qidalardır. Uşaqlar, çəki vəziyyətinə görə qidalanmalıdırlar.
Uşaqlar üçün ən vacibi səhər yeməyidir. Bütün gecə davam edən aclıqdan sonra vücud və beyin günə başlamaq üçün enerjiyə ehtiyac duyar. Səhər yeməyi yeyilmədiyi zaman bu onlarda yorğunluq, baş ağrısına səbəb olur.
Uşaqların yemək aralarında 2-4 saat olmalıdır. Gündə 2 litr su içməlidir. Aclıq hiss edildiyi zaman yeyilən qidalara diqqət edilməlidir. Məsələn, şəkər, cips kimi qidaların yeyilməsi tövsiyə edilmir. Qazlı içkilər yerinə süd, qatıq, tost, meyvə və tərəvəzin yeyilməsi məsləhət görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1