Language:
English
Uşaqların w şəklində oturmaqları zərərlidir ya faydalı?
19 July 2018 6377Uşaqların sağlamlığı deyildiyində onların oturuş formalarına da diqqət etmək əsasdır. Çünki uşaqlar xəbərimiz olmadan yanlış hərəkətlər edə bilir.
Uşaqların sağlam olması üçün sağlam hərəkətlərlə məşğul olması vacibdir.
Yanlış vərdişlərdən biri azyaşlıların w oturuşudur.
Bu tamamilə təbii oturuş növüdür. Hansısa xəstəliyin əlaməti deyil. İki ayağın birdən yana tam olaraq açılmasıdır.
Bəzi həkimlər isə bu oturma tərzinin yanlış olduğunu bildirirlər.
Bunun vücuddakı gücü azaltdığı bildirilir. Uşağın qarın və bel əzələlərini eyni anda istifadəsinə gərək olmadığından, onlar bu şəkildə oturma formalarına daha çox üstünlük verirlər.
Oturuş tərzi əzələ sərtliyinə səbəb olur.
Bu sərtliyin xüsusilə də ayaqlarda yarana biləcəyi bildirilir.
Bu həmçinin ayaq, belə də təsir göstərir.
Xarici mütəxəssis Rachel Coley isə bu oturma tərzinin zərərinin olmadığını bildirib:
“Bu təbii haldır. Oturuş tərzi uşaqların sümüklərinin nə qədər hərəkətli olduğunu göstərir. Heç bir zərəri yoxdur”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1