Language:
English
Dünya Səhiyyə Təşkilatı oyun asılılığını Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT) daxil edəcək. Bu normativ sənəd bütün dünyada vahid metodik yanaşma üçün istifadə olunacaq. XBT əsasında, həmçinin, xəstəliyə tutulmaların statistik qeydiyyatı aparılacaq.
Xəstəliklərin təsnifatına 1990-cı ilə kimi on ildə bir dəfə baxılırdı. Lakin son XBT-10 son 27 ildə dəyişdirilməyib.
XBT-11-in ilkin versiyasına görə, insan oyundan o vaxt asılı sayılacaq ki, ona digər maraqlardan daha çox vaxt sərf etsin.
Oyun asılılığı təkcə videooyunlarla məhdudlaşdırılmayacaq, lakin yeni anlayışa daha nələrin daxil olacağı hələ ki, dəqiq bilinmir.
XBT-11-in 2018-ci ildə təsdiqlənəcəyi gözlənilir.
Maraqlıdır ki, alimlər müəyyənləşdiriblər ki, qeymer- məktəblilər dərslərini daha az və ya ümumiyyətlə, oyun oynamayan yaşıdlarından yaxşı oxuyurlar.
Bundan başqa, mütəxəssislər faydalı oyunların siyahısını da tərtib ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1