Language:
English
Uşaqların böyrəkləri necə qorunmalıdır?
25 April 2018 7763Sağlamlığı uşaqkən qorumağa başlamaq lazımdır. Əks halda istənilməyən xəstəliklərlə üzləşmək məcburunda qala bilərik.
Türkiyəli metəxəssis Mahmut Çivilibal uşaqlarda böyrək sağlamlığını qorumağın yolları barədə məlumatlar verib.
Ağrı, tez-tez tualetə getmək, bulantı, qusma kimi şikayətlər uşaqlarda böyrək xəstəliyinin əlaməti ola bilər. Bu problem getdikcə böyrək çatışmazlığı da yarada bilər.
Belə zamanlarda vlideynlər qoruyucu tədbirlər almalıdırlar.
Bol su içilməlidir – Su, qidaları və oksigeni orqanlara ötürür. Bədəndən toksik maddələri uzaqlaşdırır və infeksiyalara qarşı mübarizə aparır. Uşağın kifayət qədər su içib-içmədiyini anlamağınız üçün tualetə getməyinə nəzarət edə bilərsiniz. 1-5 yaşındakı uşaqlarda su içməyə vərdiş yaradılmalıdır. 2-3 saatdan bir tualetə gedirsə deməli yetərli mayeni qəbul edir.
Duzdan istifadəni məhdudlaşdırın – bu yüksək təzyiq, ürək-damar xəstəlikləri yaradır.
1 yaşından öncə uşaqlara duz verilməsi doğru deyil.
Doğru qidalanmalıdır – Bəzən hərəkətsizlik uşaqlarda piylənmə yara bilər. Bunun üçün uşağınızın daima hərəkətdə olmasına icazə verin. Artıq çəki böyrəkdə problemlər yarada bilər. Xüsusilə də hazır qidalar bu riski daha da yüksəldir.
Gərəksiz yerə bilmədən dərman qəbul etməsinə icazə verməyin. Ağrıkəsicilər və digər qrup dərmanlar həkim nəzarəti olmadan verilməməlidir.
Uşaqlarınıza tualet vərdişini qazandırın. Bəzən oyuna diqqətlərini verdikləri üçün tualetə getməyi unudurlar. Bu isə artıq problemin başlanğıcı deməkdir. Bu, idrar yolunda infeksiyalara yol açır. 2-3 aralıqlarla tualetə getməyini tövsiyə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1