Language:
English
Uşaqlıq transplantasiyasından sonra sağlam uşaq doğuldu
14 December 2018 12531Braziliyada ölən bir qadının uşaqlığının başqa bir qadına transplantasiyası nəticəsində sağlam bir qız uşağı dünyaya gəldi. Mütəxəssislər ilk dəfə həyata keçirilən bu əməliyyatın bir çox qadını ümidləndirdiyini bildirir.
10 saat aparılan əməliyyat 32 yaşında, uşaqlığı olmadan dünyaya gəlmiş qadın üzərində aparıldı. Donor qadın isə 40 yaşında, beyin qanamasından ölmüş, 3 uşaq anası olan qadın idi.
Uşaqlıq transplantasiyası aparılan qadının yumurtalıqlarının sağlam olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1