Language:
English
Təfəkkür və onun pozğunluqları
Author: Psixiatr Abdulla Şıxlinski 19 July 2019 14581Nə vaxtsa qədim insan daşı daşa sürtməklə tamamilə təsadüf nəticəsində od əldə etmişdir.Sonrakı həyatında o bu vərdişdən istifadə edərək od almaqda davam etmişdir. Bütün bu proses təfəkkür adlanır.Təfəkkür ətraf predmetlərin və hadisələrin insan beynində bir-biri ilə əlaqəli şəkildə inikasıdır.Təfəkkür prosesində üç əməliyyatdan istifadə olunur: analiz, sintez, müqayisə. Təfəkkür özü konkret və mücərrəd olur. İnsan həm konkret, həm də mücərrəd təfəkkürə malik olmalıdır. Konkret təfəkkür predmetin əsas xüsusiyyətinin təyinatıdır.Əgər biz “Bu, stoldur” deyiriksə, bu, konkret təfəkkürdür. Əgər biz çəhrayı, dəyirmi yazı stolu deyiriksə, bu, mücərrəd təfəkkürdür.Ruhi xəstəliklər zamanı mücərrəd təfəkkür pozulur.Xəstəyə sual verilir:”Göstərilən predmetlərdən hansı qalanlardan daha çox fərqlənir?” Dörd predmet təklif olunur : göyərçin, təyyarə, paraşüt, şərpələng. Hansı söz artıqdır? Cavab: göyərçin canlı olduğu üçün o, başqa məfhumlardan fərqlənir və çıxdaş olunur.Təfəkkürün məzmun pozğunluqlarından ən geniş yayılmışı sayıqlamadır. Sayıqlama- yalançı mühakimədir.Xəstənin bu mühakiməyə qarşı tənqidi yoxdur, heç bir məntiqi sübutlar bu mühakiməni dəyişə bilmir və bu, bütün psixikanı sarır.Xəstə bir neçə gün dalbadal “Xəbərlər” proqramına baxdıqdan sonra belə nəticəyə gəlmişdir ki, proqramı aparan diktorlar ağ qalstuk fonunda qara dəyirmi ləkələrin olması ilə onu bildirirlər ki, xəstənin vicdanı ləkələnmişdir. Sayıqlama xüsusi təhlükəli bir vəziyyətdir, çünki o, konkret şəxslərə yönəlmişdir. Belə xəstələr təcili qospitalizasiya olunmalıdır.
Müəllif təcrübəli Psixiatr Abdulla Şıxlinski
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1