Language:
English
Sol qolda uyuşmağın səbəbləri
08 June 2018 34937Qollarla əlaqəli olan sinirlər və damarlar, onurğa iliyi ilə bağlıdır. Qoldan beyinə çatdırılan sinirlərin sıxışması və müxtəlif səbəblərdən ötrü zədələnməsi nəticəsində qolda uyuşma hissi yarana bilər. Daha çox rastlanan sol qoldakı uyuşma hissinin başlıca səbəbləri qan axışındakı sinir zədələnmələri ola bilər.
Sinir sıxışması – Sol qoldan keçərək beyinə uzanan mərkəzi sinir sisteminə aid sinirlər zədələnən zaman uyuşma hissi şiddətinə görə ağrı da verə bilər.
Qoldakı uyuşmağın qaynağı çiyin, boyun və ya beldən gələn sinir toxuması da ola bilər. Sinir sıxışmasının səbəbləri ortadan qaldırılmadığı müddətcə sinirdəki gücsüzlük artar və iltihablanmağa səbəb olur.
Qan dövranının pozğunluğu – Yüksək xolestrin, yağlı qidalanma, damar tıxanıqlığı, hərəkətsiz yaşayış tərzi səbəbindən meydana gələ bilər. Belə vəziyyətdə qan vücudun hər bölgəsinə eyni miqdarda getməz. Qan əl və ayağa eyni miqdarda getmədiyi üçün də uyuşma hissi yarada bilər.
Diabet səbəbi ilə vücuddakı yüksək şəkər səviyyəsi sinirlərə zərər verə bilər. Tibdə buna diabetik neyropati deyilir. Zədələnən sinirlər uyuşma yarada bilər.
İnfark da sol qolda uyuşma yarada bilər. İnfarkt zamanı damar sərtliyi və bununla əlaqədar olaraq sinədə ağrı yarana bilir. Xolestrinin aşağı salınması ilə birlikdə damar sərtliyi müalicə edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1