Language:
English
Siqaret dumanının 70 faizi xərçəng yaradır
29 August 2018 8005Siqaretin dumanında bir çox kimyəvi maddələr mövcuddur. Bunların 250-i toksik, 70-i isə kanserogenikdir.
Bu barədə türkiyəli və amerikalı mütəxəssislər bəhs ediblər. Siqaret çəkilmədiyi halda belə insanın başqa şəxslərin çəkdiyi siqaret dumanına məruz qalması belə zərərlidir. Bu maddələrin vücuda daxil olması qorxunc xəstəlikləri yarada bilər. Çəkməyən insanın belə dumana məruz qalması, çəkən insanla eyni dəyərləndirilir. 2016-cı ildə aparılan araşdırmalara görə, 884 min insan siqaret dumanının verdiyi zərərdən dünyasını dəyişib.
Dumana məruz qalan uşaqda beyin şişi riski artır. Hamiləlik müddətindən uşaq doğulan ana qədər bu vəziyyətlərə diqqət edilməlidir. Siqaret çəkən insanlardan uzaq durulmalıdır.
Bunun riskləri çox yüksəkdir. Belə ki, belə dumana məruz qalmaq, hamiləlikdə düşük, ölü doğum, endokrin funksiyalarının pozulması, ağciyər funksiyalarının pozulması, astma, diqqət əksikliyi və s riskləri artırır.
İrəlidə doğulan uşaqlarda ürək-damar problemi yarada bilər.
Böyük insanlarda həmçinin ağciyər xərçəngi, ürək xəstəliyi, infarkt riskini artırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1