Language:
English
Seçdiyiniz rənglər necə biri olduğunuzu göstərir
12 May 2018 7382Aparılan araşdırmalara görə, bəzi psixolojik xəstəlikləri olan insanların rəng seçimləri də tək istiqamətdə olur.
Gündəlik həyatda geydiklərinizdə, aksesuarlarınızda və ya yaşayış tərzinizdə seçdiyiniz rənglər əslində insanlığınızın bir hissəsidir.
Daha bir araşdırmaya görə, insanlar özlərinə uyğun gördüyü rəngləri geydikləri zaman daha xoşbəxt olurlar.
Mühüm psixoloji narahatçılığı olan insanlar adətən qara rəng geyinməyi üstün tuturlar.
Əgər depressiyadasınızsa, əksər paltarlarınızın rəngi yəgin ki bozdur. Neqatif təəssürata malik insanlar depressif ruh halına qısa müddətdə girir və zamanlarda dünyaya tamamilə ümüdsüz şəkildə baxırlar.
Çox səbrsiz, reflekslərini nəzarətdə saxlaya bilməyən insanlar adətən sarı rəngə üstünlük verirlər.
Belə insanlar sarıyla yanaşı bənövşəyi rəngə də üstünlük verirlər.
Bəzi araşdırmaçılar bənövşəyi rənglə bağlı maraqlı iddia açıqlayıblar.
Belə ki, onlar, intihar edən insanların əksəriyyətinin uzunmüddət bənövşəyi rəngə üstünlük verdiyini bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1