Language:
English
Sürətli arıqladan tərəvəz suyu
18 June 2018 9115Əksər insanlar artıq çəkilərindən şikayətçidirlər. Artıq çəki həmçinin bir çox sağlamlıq problemlərinə yol aça bilər. Bu üsullardan biri tərəvəz suları ilə arıqlamaq yoludur.
İnsanların zəifləməsi üçün bir çox imkan mövcuddur. Hər insan fərqli üsullar seçərək arıqlamağı seçər. Tərəvəz suyu ilə arıqlamaq çox istifadə edilən üsullardan birididir. Tərəvəz suyunun içərisində yer alan vitamin və minerallar sayəsində qısa müddətdə arıqlaya bilərsiniz.
Tərəvəz suyu ilə pəhriz proqramı tətbiq edərkən vücudun gücsüz olmaması üçün gərəkli olan vitamin və mineral dəstəyi təmin edər. Beləliklə uzunmüddət tox qalaraq çəki itirə bilərsiniz.
Xiyar suyu – Xüsusilə yaz-yay aylarında insan vücudunu fərahladan və sərinlədən qidadır. İnsan vücudunun həzm sistemini sürətləndirir. Bədəndən toksinləri atır. Dadlandırmaq üçün isə içinə meyvə əlavə edə bilərsiniz.
Lazım olanlar:
– 1 ədəd xiyar
– 1 stəkan su
– 1 ədəd limon
Hazırlanışı:
– İlk olaraq xiyarı blenderdən içərisinə qoyun.
– Suyu da əlavə edərək, maye halına gələnə qədər qarışdırın
– İçərisinə bir az limon əlavə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1