Language:
English
Qol ağrıları zamanı nə edilməli?
15 August 2018 14622Qol ağrıları bir çox insanların çəkdiyi problemdir.
Bunun üçün ilk olaraq ağrıya səbəb olan faktor tapılmalıdır. Müayinədən sonra uyğun müalicə üsulu seçilməlidir.
Əzələ çəkilməsi – Müalicə müddəti problemdən asılı olaraq dəyişir. Əgər əzələdə bir çəkilmə varsa adətən bir neçə gün dincəlmək gərəkli ola bilər. Dincəlmək əzələlərin təzyiqini yüngülləşdirir və funksiyalarını normallaşdırır.
Karpel tünel sindromu – Bu səbəbdən yaranan ağrılarda həkim, biləkləri daim hərəkətdə tutmağı tövsiyə edir. Hər gün 10-15 dəqiqə ərzində soyuq kompres edilməlidir. Bu, sinirlər üzərində sakitləşdirici təsirə malikdir.
Ürək səbəbindən yaranan ağrılar – Bu zaman müalicəyə üz tutulur. Şiddətli ürək xəstəliklərində arteriyaların təmizlənməsi və əməliyyat gərəkli ola bilər.
Qırıq sümüklər səbəbindən baş verirsə, sümüklər yerinə təkrar otuzdurmalı və yaxşılaşana qədər hərəkətsiz hala gətirilməlidir. Bəzi qırıqlar zamanı isə əməliyyata ehtiyac duyula bilər. Burxulmalar zamanı isə soyuq kompresə gərək duyulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1