Language:
English
Tədqiqatları göstərib ki, sutkada ən azı bir fincan çayın içilməsi insanda qlaukoma yaranması riskini azaldır. Qeyd olunub ki, soyuq çay, isti kofe və digər alkoholsuz içkilər bu cür təsir göstərmir. Qlaukoma gözdaxili təzyiq yaradan və tədricən görmə sinirini zədələyən bir xəstəlikdir. Bu pozuntuların fonunda korluq yaranması ehtimalı yüksəkdir.
Əvvəllər alimlər kofenin qlaukoma riskini artırmasını sübuta yetirmişdilər, belə ki, bu içki görmə orqanları daxilindəki təzyiqi artırır.
Çayın isə yuxarıda qeyd olunan müsbət keyfiyyəti bu günə kimi məlum deyildi. Elmi tədqiqat zamanı mütəxəssislər bəzi içkilərin – tərkibində kofein olmayan isti çay, kofe və alkoholsuz içkilərin gözlərə təsirini sınaqdan keçiriblər. Bu tədqiqatda 10000 insanın göstəriciləri öyrənilib. Könüllülərin hər birindən ümumi kliniki analiz üçün qan nümunələri götürülüb, onların hər biri müsahibədən və tam tibbi müayinədən keçib. Nəticədə məlum olub ki, hər gün çay içən insanlarda qlaukomaya 74 % az rast gəlinir, nəinki belə vərdişi olmayan insanlarda.Təcrübə zamanı qara və ya yaşıl çayın içilməsi əhəmiyyət kəsb etməyib, əsasən, onun şəkərsiz qəbul edilməsinə diqqət yetirilib. Lakin alınmış informasiya birmənalı deyil, belə ki, bu tədqiqatda sözügedən xəstəliyin insanlardakı fərdi xüsusiyyətləri nəzərə alınmayıb.
Gələcəkdə alimlər digər elementləri də nəzərə alaraq, daha miqyaslı sınaqlar keçirməyi planlaşdırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1