Language:
English
Qeysəriyyə əməliyyatının çətinlikləri
02 June 2018 7777Əksər hamilə qadınlar ağrısız olsun deyə qeysəriyyə əməliyyatına üstünlük verirlər. Ancaq həkimlər normal doğuşu tövsiyə edirlər. Həmçinin qeysəriyyənin də özünəməxsus çətinliyi və ağrıları mövcuddur.
Qeysəriyyə, uşaqlığın həkim tərəfindən açılaraq içinə girilməsidir. Uşaq bu şəkildə anadan ayrılır.
Qeysəriyyə doğuşun ən yaxşı tərəfi uşağın nə zaman dünyaya gəlməsini bilməkdir. Həmçinin doğum əsnasında meydana gələcək sıxıntıların qarşısına keçə bilməkdir.
Uşaq ən az risk ilə dünyaya gəlir.
Qeysəriyyədə ana özünə gəlməmiş uşağı əmizdirə bilməz.
2 gecə xəstəxanada qalmalıdır. Çünki doğuş sonrası ağrıları çox olur.
Ananın normal yaşayışa dönməsi 3-7 gün arasındadır.
Əməliyyatdan sonra ana ilk 4 saat çox ağrı çəkir. Bu ağrılar, əməliyyat zamanı bölgədəki əzələ və toxumaların kəsilmiş olmasından qaynaqlanır. Beldən anaya dərman verilərək ağrılar azaldıla bilər. Çox dözülməz ağrılar zamanı isə ağrıkəsicilər vurulur. 6 saat sonra şiddətli ağrılar kəsir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1