Language:
English
Qarpız yeyən zaman bunlara diqqət edin
20 August 2018 6759Yay fəslinin ən çox sevilən meyvəsi olan qarpız, dadı və sərinləşdirici xüsusiyyəti ilə süfrələrdə yerini alır. Daxili xəstəliklər üzrə mütəxəssis Betül Mercan, qarpız yedikdən sonra vücuddakı oksid maddələri əzələləri rahatladır. Bununla yanaşı qan damarları da genişlənir. Qan təzyiqi aşağı düşər, qan dövranı düzgün formada təmin edilir.
Qarpız, B, C vitaminləri ilə zəngindir. Tərkibindəki likopenin isə antioksidan və
iltihab azaldıcı təsiri mövcuddur.
Arıqlamaq üsulu olaraq görülən qarpızın əslində kökəltmə funksiyası da mövcuddur. Mütəxəssis, qarpızın arıqlada biləcəyi xüsusiyyəti olsa da, çox yeyildiyi zaman kökədə biləcəyini də qeyd edib.
Şəkər xəstələri qarpızı tək başına istifadə etməməlidir.
Ət və tərəvəz yeməklərinin yanında bir dilim qarpızı da əsas yemək menyüsünə də qata bilərsiniz.
Qeyd edək ki, qarpız həm potasium qaynağıdır həm də idrar sökdürücüdür. Bu səbəbdən böyrək çatışmazlığı olan xəstələrin sağlamlığı cəhətdən problem yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1