Language:
English
Qadınların bəlası – Vaginizm xəstəliyi nədir?
04 April 2018 10161Hər 10 qadından biri vaginizm xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ilk zamanlar hansısa əlamətləri özünü biruzə verməyə bilər. Bu xəstəlikdən əziyyət çəkən qadınlar cinsi münasibətdən həzz almırlar.
Xüsusilə qadınlarda meydana gələn vaginizm xəstəliyi cinsi münasibət zamanı qadının özünü divar kimi hiss etməsinə səbəb olur.
Belə qadınlar cinsi münasibətə ümumiyyətlə əksər zaman imkan vermirlər. Münasibətdən həzz almırlar, əksinə olaraq ağrı hiss edirlər.
Bu xəstəlik hər insanda özünü fərqli göstərə bilər.
Cinsi münasibətdən qorxmaq – Bu zaman cinsi münasibət istənilmir.
Münasibət çətin və ağrılı formada həyata keçir.
Ayaqların açmamağı
Tibbi bir səbəbi hələ bilinmir. Qadının cinsi münasibətə isti baxmaması da bu xəstəliyə səbəb ola bilər. Yəni əsas səbəblərindən biri psixolojidir.
Müalicəsi pasiyentin şikayəti üzrə aparılır. Psixoloji müalicələr tətbiq edilir. Adətən xəstənin keçmişi araşdırılır və cinsi münasibətlə bağlı yaşanmış problemlər ortaya çıxarılır.
Bəzi idman hərəkətləri ilə də insanın rahatlanması mümkündür.
Nəfəs texnikası – Dərin və doğru nəfəs alınmalıdır. Bu böyük miqyasda təsir edir. Bunun üçün dərindən nəfəs alınmalı, az-az, yavaş-yavaş verilməlidir. Uzun müddət nəfəsinizi tutmayın.
Nəfəs alan zaman qarnınızın şişməsini təmin edin.
Genital massaj edin – cinsi orqana massaj edilməlidir.
Psixoloqa müraciət edərək ən düzgün seçimi edə bilərsiniz. O, sizi düzgün yola istiqamətləndirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1