Language:
English
Qız uşaqları nə üçün daha çox atalarını sevirlər?
21 July 2018 10520Analar bilərək ya da bilmədən qızları ilə rəqabət halındadır. Qızlarını tənqid edirlər, düzəltməyə çalışırlar. Həmçinin öz gəncliklərində olmadıqları qadını yaratmağa çalışırlar. Özlərinin əksikliklərini qızlarında tamamlamaq istəyərlər.
Bu barədə psixoloqlar vacib məlumatları nəzərə çatdırıblar.
Analar ev işləri ilə məşğul olduqları üçün uşaqlarına bəzən vaxt çox ayırmırlar, həmçinin uşaqlarına tez-tez əsəbləşə bilirlər. Atalar isə uşaqlarını daha az tənqid edirlər.
Ata, qız uşağının həyatında ilk kişi modelidir. Onlar üçün mükəmməli atadır. Atalar qızlarına daha az qadağa qoyurlar. “Etmə”, “Burax”, “Əllərini yu”, “Dİşlərini fırçala” kimi sözləri daha az istifadə edirlər.
“Burax etsin” sözünü qızlar daha çox atalarından eşidirlər.
Həmçinin atalar, qızlarına çox tərif edirlər. Bu isə qız uşaqlarını daha çox ataya bağlayır.Ata uşaqlarını qoruyan insandır. Çünki uşaqların güvənməyə ehtiyacı vardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1