Language:
English
Müasir həyat xoşbəxt anları ilə yanaşı, problemləri və gərginlikləri ilə də doludur. Bütün bunlar və digər maraqlı mövzular ətrafında Hekim Tap-a psixoloq Gülnarə Abuzərova danışıb:
Məncə, hər şey ailədən başlanır. Adlerin belə bir nəzəriyyəsi var – problemlər mühitdən asılıdır. Uşaq doğulduğu gündən ona münasib istiqamət verilməlidir. Böyüdükcə ailədə aldığı tərbiyə, təhsil özünü göstərir. Valideyn hər bir uşağa fərdi yanaşmalıdır. Elə ailə var ki, orada üç uşaq var və müəyyən psixoloji problem yarandıqda valideyn yanıma gəlib deyir ki, hamısına eyni tərbiyə vermişəm bu niyə belə olsun ki? Mən başa salmağa çalışıram ki, hər uşağa fərdi yanaşmaq lazımdır. Uşağın hər biri ayrıca fərddir, biri qapalı, biri ünsiyyətcil, birisi tərs ola bilər. Ona görə də tərbiyə uşağın fərdi keyfiyyətlərinə münasib verilməlidir. Övlada ailədə yanlış yanaşma, üstəgəl gələcəkdə düşdüyü neqativ mühit daha sonra qeyd etdiyiniz problemləri yarada bilər.
Bunlar bir-birilərinə çox yaxın sahələrdir. Hər iki sözün kökü eynidir – “psixo” – ruh deməkdir. Həm psixoloq, həm də psixiatr insanların ruhi problemlərini həll edir, sadəcə psixoloqlar bunu söhbətlərlə, seanslarla edir. Yəni onların preparat təyin etmək səlahiyyəti yoxdur. Psixiatrlar isə medikamentoz müalicə apara bilirlər.
21-ci əsrin bəlası olan depressiya və streslə. Çox vaxt isanlar problemin ciddiliyini dərk etmirlər. Təəssüf ki, bəzi hallarda depressiyalar intiharlarla nəticələnir. Ona görə üzümü həmin insanlara tutub deyirəm ki, vaxtında peşəkar psixoloqlara müraciət etsinlər. Biz müvafiq metodikalarla, seans və söhbətlərlə həmin pasiyentlərə kömək edə bilirik.
İndi vəziyyət yaxşıya tərəf çox dəyişib. Artıq insanlar başa düşürlər ki, psixoloq dostdur və ona hər bir problemi demək olar. İnsanlar bizə müraciət etdikdən sonra fayda gördükdə öz yaxınlarına, tanışlarına da məsləhət görürlər ki, peşəkarlara müraciət etsinlər. Bu, psixoloq kimi məni sevindirir.
Ümumiyyətlə, insanları zəif və güclü tiplərə bölmək olar. Onları fərqləndirən cəhət məhz qorxudur. Mən deyərdim qorxu hissi hər kəsi idarə edir. Qorxu hər yerdə var. Güclü insanlar qorxunun kökünü müəyyənləşdirir və ona qalib gəlir. Zəif insanlarda isə qorxu üstün olur. Biz çalışırıq ki, insanlara qorxunun səbəbini göstərək, məhz bundan sonra onlara müvafiq metodlarla kömək edirik. Məsələn, mənim bir pasiyentim var idi, işi ilə əlaqədar tez-tez təyyarə ilə uçmalı olurdu. Amma son beş ildə onda aerofobiya formalaşmışdı və o, qorxudan təyyarə ilə səyahət edə bilmirdi. Onunla cəmi üç seans keçirdim və o, fobiyanın səbəbini dərk etdi, beləliklə, ondan qurtuldu. Yəni istənilən fobiyanı dəf etmək üçün əvvəlcə onun səbəbini dərk etmək lazımdır.
Neqativ, pozitiv və realist insanlar var. Neqativlər bildiyimiz kimi, yalnız mənfi şeylərə köklənirlər, bu, onların şüurunda oturuşur və bir qayda olaraq, onlar heç nəyin yaxşı olacağına, eləcə də özlərinə inanmırlar. Nəticədə zəifləyilər.
Pozitiv insan əksinə, hər şeydə müsbətlik axtarır, bu səbəbdən əhvalı yüksək olur daim məqsədlərinə doğru irəliləyir və bu onu güclü edir.
Realist insanlar da güclü tipə aiddirlər. Çünki onlar reallığı dərk edir və hədəflərini bunu üzərində qururlar.
İnternet inkişaf, informasiya bolluğu deməkdir. İndi maariflənmək olduqca asandır. Əgər biz tələbə vaxtı bir məlumatı əldə etmək üçün kitabxanada saatlarla vaxt keçirirdiksə, müasir insan bu məlumatı internetdə bir neçə dəqiqəyə tapır. Lakin internetdə yanlış informasiya da az deyil. Yadıma gəlir, bir gənc xanım depressiv vəziyyətdə mənə müraciət edtmişdi. Danışırdı ki, internetdə oxuyub ki, nişanlısına çox da qulaq asmaya da bilər. Nəticədə nişanı qayıtmışdı. Ona başa saldım ki, hər internetdə yazılanı etmək düzgün deyil. İstənilən məlumatı bir neçə mənbədən dəqiqləşdirmək lazımdır.
Bir də internetin xoşuma gəlməyən bir cəhəti insanları təmbəlləşdirməsidir.
Valideynlər uşaqları internetdən istifadə edərkən və televiziyaya baxarkən çox diqqətli olmalıdırlar. Bir dəfə valideyn maraqlı şikayətlə mənə müraciət etmişdi. Deyirdi ki, övladı cizgi kanallarının birinə baxandan bəri orada eşitdiyi səsləri çıxarır, aqressivləşib, özünə qapanıb və s. Yəni uşaq kanalıdır deyə mütləq deyil ki, uşaq onu seyr edə bilər. Uşaqları aqressiya, vəhşilik, zor tətbiq etmə səhnələrindən uzaq tutmaq lazımdır. Əks halda, gələcəkdə uşağın psixologiya və psixikasında ciddi fəsadlar yarana bilər.
Xoşbəxtlik geniş məfhumdur. Amma mənim təsəvvürümdə xoşbəxtlik hər şeyi dərk etməyi bacarmaqdır. İnsan hər şeyi düzgün dərk edərsə, düzgün seçim etməyi bacararsa, başqalarını başa düşməyi, özünü onların yerinə qoymağı bacararsa xoşbəxt olar. Əgər bu sahədə kiminsə hər hansı problemi yaranrsa, əlbəttə ki, yaxşı olar mütəxəssisə müraciət etsin.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1