Language:
English
Uşaqların burnu nə üçün qanayır?
13 March 2018 23018Uşaqlarda burun qanaması,xüsusilə quru iqlimli yerlərdə daha çox müşahidə edilir və ailələri narahat edir. Türkiyəli mütəxəssislər uşaqlarda burun qanamalarının nə zaman təhlükəli olmadığını açıqlayıblar. Burunun ön qismində asanlıqla zədələnə biləcək incə damarlar yerləşir. Uşaqların əksəriyyətində görünən burun qanaması da burnun məhz ön qismində inkişaf edir.
Burun qanamasının hansı faktorlardan qaynaqlandığını mütəxəssis Melih Çiçək bildirib:
- Burun oynatmaq
- Burun travması
- Həddindən çox quru hava
- Soyuqdəymə
- Allergiya
- Buruna daxil olan yad cisimlər
Uşağı sakitləşdirin. Uşağı dik otuzdurun. Başını önə doğru əyərək qan udmasının qarşısını alın.
Buruna buz və ya soyuq su ilə yuyun. Qanaxma durmasa sözügedən üsulları bir daha sınayın. Burnu kağız salfetlə bağlamayın.
Əgər uşaq nəfəs almaqda çətinlik çəkirsə, çoxlu qan itirirsə, zəif düşürsə təcili həkimə müraciət etməlisiniz.
Gündə bir neçə dəfə, xüsusilə də gecə yatmazdan öncə burun dəliklərinin içinə vazelin kimi nəmləndirici məhsullar çəkin. Beləliklə burunun içini nəmli tutmuş olarsınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1