Language:
English
Qrip olmamaq üçün vitaminlərdən istifadə doğrudur?
23 February 2018 14248Qrip və soyuqdəyməyə yoluxmamaq üçün həkim tövsiyəsi olmadan, gərəksiz və artıq miqdarda vitamin həblərindən istifadə səhhət üçün çox təhlükəlidir.
Terapevt Pala, nəzarətsiz istifadə edilən bu vitaminlərin insan səhhətinə çox zərər verdiyini, xəstəliklərə səbəb olacağını bildirib.
Uludağ universitetinin tibb fakültəsinin mütəxəssisi Kayıhan Pala, xüsusilə payız fəslində xalq arasında “xronik qış xəstəlikləri” olaraq adlandırılan qrip və soyuqdəymə hallarının artdığını, insanların isə bu vəziyyətdən qorunmaq üçün vitamin qəbul etdiklərini söyləyib:
“Vitamin ehtiyaçları ilk olaraq qidalardan əldə edilməlidir. Qrip və soyuqdəyməyə qarşı vücudu qoruyan mexanizmlərin bəzi vitaminlərə ehtiyac duyduğunu, ancaq, bu, normal qidalardan əldə edilməlidir. Nəzarətsiz istifadə edilən bu vitaminlər insan səhhətinə faydadan çox zərər verir. Bu zaman insanlar vitamin ehtiyaclarını öncəliklə yedikləri qidalardan qarşılamalıdırlar”.
Həkim, vitaminlərin sadəcə həkim tövsiyəsi əsasında qəbul edilməli olduğunu bildirib.
“Son illərdə aparıların araşdırmalar bir məlumatı təsdiq edib. Belə ki, A, B, C, D və E vitaminlərinin gərəksiz istifadəsi insanlarda müxtəlif səhhət problemlərinə yol açır. Bu səbəblə vücudda əksikliyini araşdırmadan bilmədən qəbulu çox fəsadlar törədə bilər. Çünki vitaminlərə vücudun çox aşağı səviyyədə ehtiyacı var. Düzgün qəbul edilən qidalanma nəticəsində insanın əlavə vitaminə ehtiyacı olmadığı təsdiq edilib”,-deyə Pala vurğulayıb.
Həmçinin mütəxəssislərin sözlərinə görə, c vitamini qripin qarşısını almaz:
“C vitamini vücudda kifayət qədər olduğu müddətcə immunitet sistemi güclü olur. Ancaq insanlar qripdən qorunmaq üçün nədənsə ilk olaraq c vitamininə əl atırlar. Bunları qarışdırmamaq lazımdır. Artıq C vitamininin qəbulu orqanizm üçün faydalı deyil. Bu əks təsirə və xəstəliklərə yol aça bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1