Language:
English
Hamiləlikdə artıq çəki almaq niyə təhlükəlidir?
14 March 2018 11283Hamiləlik ərzində ana namizədlərini maraqlandıran mövzulardan biri də neçə kilo artacaqlarıdır.
Türkiyəli ginekoloq Zahide Küçük bu anlayışın yanlış olduğunu, hamiləlik zamanı alınacaq çəkilərin hamiləlikdən öncəsi ilə əlaqəli olduğunu bildirib.
Onun sözlərinə görə, normal çəkili qadın hamiləlik zamanı 10-12 kq almalıdır: “Köklükdən əziyyət çəkən xanımlar hamiləlik zamanı 7 kq-dan artıq çəki almamalıdırlar. Bu onların səhhəti baxımından təhlükəlidir. İlk 3 ayda ürək bulantıları, iştahsızlıq müşahidə edildiyi üçün çəki almaq yerinə itirə də bilərlər. İdeal çəki anlayışı olmasa da insanların çəkilərinə diqqət etmələri, həmçinin nizamda saxlamaları vacibdir”.
Küçük. hamiləliyin ilk 3 ayında 0,5-1 kq, 4-5-6 aylarında 1 kq və 7-8-9 aylarında isə 2 kq alınmasının ideal olduğunu bildirib.
Bəzi həftələrdə iştah artacağı üçün qadınların artıq çəki almaqları mümkündür. Bu zaman çəkilərinə diqqət edərək tox tutacaq qidaları yemək tövsiyə edilir. Bir ay ərzində 3 kq-dan artıq çəki almaq və ya mütəmadi olaraq çəki itirmək halları müşahidə edilirsə qidalanma rejiminə nəzarət etmək vacibdir.
Araşdırmalar 18 kq-dan artıq çəki alan hamilələrdə yüksək təzyiqin müşahidə edildiyini təsbit edib. Həmçinin normal doğuş çətinləşir, analarda isə piylənmə xəstəliyi başlayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1