Language:
English
Boyun osteoxondrozu nədir?
24 February 2018 16850Günümüzdə bəzi xəstəliklər inkişaf edərək daha da artır. Boyun osteoxondrozu da belə xəstəliklərdəndir.
Bunun səbəbi insanların hərəkətsizliyi, saatlarda kompyuter arxasında işləməkləri ilə əlaqələndirilir.
Bu problem nə qədər irəliləyirsə baş dönmələri, beyin qan dövranının pozğunluğu, uyuşma halları o qədər çoxalır.
Bu xəstəlik son dərəcə ağırdır və müalicəyə çətin cavab verir. Həm dərmanlarla, həm də bitkilərlə müalicə üsulları vardır. Ancaq nəticədə keçici cavab alınır.
Onurğalar arasında qığırdaqlar dağılır və bir-birinə toxunaraq zərər görürlər. Daha sonra isə burada keçən sinirlər zədələnir. Bütün problrmlər isə məhz buradan başlayır.
– Başlanğıcda şiddətli olmayan boyun ağrıları baş verir.
– Boyun hərəkət həcminin azaldılması, əzələ spazmaları, əllərdə, beldə, sinədə şiddətli ağrı
– Boyunu döndərən zaman qırılma kimi səslər
– Qollardakı uyuşma və s.
Müalicəsi çətin olduğu üçün ilkin zamanlarda üzərinə düşmək daha vacibdir. Pataloji dəyişikliklər yarandığı zaman həkimə gedilməsə, irəliləyən zamanlarda müsbət nəticə almaq daha da çətinləşəcək. Bu səbəbdən erkən diaqnoz və müalicə daha faydalıdır.
Adətən dərmanlarla müalicə edilir. Onlardan bəziləri:
– B vitaminləri
– Əzələ rahatlaşdırıcıları
– Anti-iltihab preparatlar və s.
Bundan əlavə olaraq həkim tərəfindən ağrı azaldıcı bəzi məlhəmlər də tövsiyə oluna bilər.
Bəzi idman hərəkətlərinin də resept formasında yazılmağı mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1