Language:
English
Əmizdirmək kökəldir ya arıqladır?
03 March 2018 14157Bəzən analar kökələcəyini düşündükləri üçün körpələrinə süd verməkdən imtina edirlər. Onlar süd verdikləri üçün daha çox yemək yeyəcəklərinə, bu səbəbdən də artıq çəki aldıqlarına inanırlar. Ancaq mütəxəssislər əmizdirməyin, hamiləlik kilolarının asan verilməsinə kömək etdiyini bildiriblər.
Əmizdirmək qadınlarda müşahidə edilən süd vəzi xərçəngindən qoruyucu xüsusiyyətləri ilə yanaşı bud qırığı risklərini də azaldır.
Həkim Güllüelli, əmirzdirməyin həmçinin uşaqlığın əvvəlki ölçüsünə dönməsini sürətləndirdiyini söyləyib: “Bunun sayəsində qanazlığı da azalır. Süd vəzi xərçənginə qarşı qoruyucu vasitədir. Ana südü hər zaman hazır, yeni və uyğun istilikdədir. Qida dəyəri uşaq üçün ideal və həzmi asandır”.
Vücudunuz 1 millimetr süd vermək üçün təxminən 7 kkalori sərf edir. Düzgün qidalanmaq lazımdır. Pəhriz etmək yanlış addımdır.
Protein yetərli miqdarda alınmalıdır.
B12 vitamini süd üçün önəmlidi. Ən yaxşı qaynağı isə yağsız qırmızı ət və yumurtadır.
Kalsiumun kifayət qədər alınması, ananın sümük sağlığı üçün mühümdür.
Folik Asid hamiləlikdə vacib olduğu qədər əmizdirmə zamanı da gərəklidir. Yaşıl yarpaqlı tərəvəzləri bol yemək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1