Language:
English
Osteopatiya müalicə üsulu nədir?
Author: Osteopat Elfanə Süleymanova 26 March 2020 8598Osteopatiya əl ilə tətbiq olunan, vücudun özünütənzimləmə mexanizmini üzə çıxaran müalicə sistemidir. İlk dəfə 1874-cü ildə Amerikada Andrew Taylor Still (1828-1917) tərəfindən icad olunmuşdur. Osteopatiya üsusilə ağrılı nahiyələr üzərində tətbiq olunur. Narahatçılığın qaynağı təyin edilərək aradan qaldırılır. Bu müalicə üsulu vücuddakı yumşaq toxumalarda olan gərginlikləri və onunla əlaqəli olan funksiya pozulmalarını təsbit edərək müalicə edir.
Osteopatiya hansı vəziyyətlərdə tətbiq olunur?
Osteopatiya onurğa nahiyəsindəki ağrılar başda olmaqla, oynaq ağrılarının müalicəsində və bir sıra digər patologiyalarda effektlidir. Həmçinin qamət pozulmalarının bərpasında, oynaqların funksiyalarının geri qaytarılmasında da əhəmiyyətlidir.
Osteopatiya müalicə üsulunun istifadə edildiyi nahiyələr:
Onurğa, əzələ-skelet sistemi
Fəqərəarası disk sürüşmələri
Boyun ağrıları, bel fəqərəarasıdisk yırtığı ilə əlaqəli ağrılar
Oynaqlarda hərəkət məhdudluğu
Qamət pozulmaları
Miqren tipli baş ağrıları
Qəza nəticəsində yaranan baş ağrıları (Whiplash sindrom)
Stresslə əlaqədar yaranan əzələ ağrıları
Yuxusuzluq
Həzm sistemi, tənəffüs sisteminin funksional pozulmaları
Hamilə qadınlarda beldə ağrı sindromları
Gicgah çənə oynağı problemləri
Allergik xəstəliklər
Kəskin bağırsaq spazmları
Boyun, bel, diz vücudda yaranan problemin ilk təsir etdiyi nahiyələrdir. Məsələn, qaraciyərdə problem olduğu zaman sağ çiyin oynağında ağrılar, hərəkət məhdudluğu yarana bilər. Qaraciyər problemi həll olunmadıqca çiyin arıları aradan qalxmayacaqdır.
Osteopatiyada müalicə müddəti xəstəyə və yaşa görə dəyişir. Adətən osteopatiya prosedurları arasında 3 gün fasilə olur, əksər hallarda isə həftədə 1 dəfə təkrar olunur. Bəzi simptomlar bir seansda bitdiyi halda bəziləri üçün bir neçə prosedura təyin oluna bilər. Simptomlar azaldıqca seans sayıları 6 aydan bir təkrarlanır. Pasientə evdə sağlam qidalanma, müəyyən rejimlər tövsiyyə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1