Language:
English
Noxudu həftədə 2 dəfə yeyin - faydaları
21 August 2018 9236Həftədə ən az iki dəfə olmaq üzrə istifadə edəcəyiniz noxudun vücud üzərində müsbət təsirləri mövcuddur.
Türkiyəli mütəxəssis Oğuz Özyaral, həftədə ən az iki dəfə noxud yeyilməsini tövsiyə edir. Noxud xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
Noxudun tərkibi sayəsində xərçəng hüceyrələri vücud içində yayılmasının, inkişafının qarşısı alınır. Noxud xüsusilə süd vəzi xərçənginə qarşı qoruyucudur. Həmçinin bədəndə estrogeni tənzimləyir.
Tər basması kimi şikayətlərin azalmasına səbəb olur.
Həkimlər, noxudun süfrələrdə mütəmadi yer almasını məsləhət görürlər.
Həzm sistemini tənzimləyir.
Qeyd edək ki, noxud, kalsium, maqnezium, selenium, sinko, dəmir, A vitamini ilə zəngindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1