Language:
English
Nanənin bilinməyən möcüzəvi faydaları
20 April 2018 10589İnsan sağlamlığına faydalı olan qidalardan biri də nanədir. Belə ki, həzmi yaxşılaşdırır, hormonal səviyyəni stabilləşdirir, ürək sağlamlığını qoruyur.
Antibakterialdır – Ağız qarqaraları və diş məcununun tərkibində adətən nanə mövcuddur. Bu isə onları daha təbii edir. Bu, ağız qoxusundan xilas edərək, diş əti infeksiyalarına qarşı qoruyucu vasitədir.
Nanə həzm sistemi üzərində faydalıdır. Xüsusilə mədəni rahatladır. Səhərlər baş verən mədə bulantıları və qusmanın qarşısını alır. Hamiləlik zamanı daha çox tövsiyə edilir.
Hormonları tənzimləyir. Testosteron səviyyələrini azaldır.
Dəmirlə zəngindir. Hemoqlabini artırır. Bu sadəcə qanazlığının qarşısını almaz. Enerjini bərpa edər.
Tərkibində olan yüksək potassium səviyyələri, təzyiqi stabilləşdirir.
Qan damarlarındakı stresi yüngülləşdirir. Nanə iflic və ürək krizlərinin qarşısını alır.
Stressə qarşı effektlidir. Rahatlaşdırıcı təsiri mövcuddur.
Tərkibindəki antioksidanlar sərbəst radikalları təsirsiz hala gətirir və vücuddan atır. Bir çox xronik xəstəliklərə qarşı qoruyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1