Language:
English
Meyvə detoksu ilə necə arıqlamalı?
21 May 2018 8735İlin hər mövsümünün müxtəlif meyvələri ilə detoks təsiri yarada pəhriz siyahısı hazırlaya bilərsiniz.
Meyvələr yüksək vitamin, mineral, su, lif qaynağıdır. Detoks pəhrizi ilə ilk iki gün istisna olmaqla uğurlu həftəni bitirə bilərsiniz. İlk iki gün isə özünüzü halsız, yorğun hiss etməyiniz mümkündür. Səhərlər meyvəni yeməzdən 15 dəqiqə öncə 1 stəkan limonlu ilıq su içə bilərsiniz. Ancaq bu pəhriz zamanı üzüm, əncir kimi yüksək kalorili meyvələrdən uzaq durmağınızda fayda var.
5 gün ərzində tətbiq edəcəyiniz pəhriz zamanı gündəlik 2kq meyvəni yeməlisiniz. İlk həftələrdə 1-2 kq arıqlaya bilərsiniz. Bu meyvələr yüngül az yağlı qatıqla rəngləndirilə bilər. Ara yeməklərin birində bu meyvələrdən bəzilərinin suyunu da içə bilərsiniz. Bu meyvələrin içinə yulaf da qataraq fərqli dadlar əldə edə bilərsiniz.
Qidalar yüksək antioksidan olduğundan xəstəliklərdən qoruyur.
Sevmədiyiniz meyvə olarsa, onu başqası ilə də əvəz edə bilərsiniz. Məsələn, şaftalı sevməyənlər, ananas ilə əvəz edə bilər.
– Quru üzüm – 280 kalori
– Xurma – 287 kalori
– Banan – 273 kalori
– Əncir – 250 kalori
– 1 ədəd alma – 60 k
– 1 ədəd banan – 100k
– 100 qr gilas – 40k
– 1 ədəd portağal – 50 k
– 1 ədəd kivi – 34 k
– 1ədəd mandarin – 50 k
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1